Gündəm
Səyyar ASAN xidmət Digahda
Səyyar ASAN xidmət 17 – 31 iyul tarixində Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 19 iyul Qaradağ rayonunun Ələt qəsəbəsində, 27 iyul Tərtər şəhərində, səyyar “ASAN qatar” isə 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
"Qəbələ"nin potensial rəqibi heyətini gücləndirdi
"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi "Panatinaikos" transfer çalışmalarını davam etdirir. Yunanıstan təmsilçisi hücum xəttinə növbəti oyunçunu alıb. "Atalanta"nın forvardı Brayan Kabezasi icarəyə götürən afinalılar bu dəfə braziliyalı ön xətt oyunçusu Lusiano Nevesi heyətinə cəlb edib. "Panatinaikos" 24 yaşlı "sambaçı"nı "Korintians"dan bir illik icarəyə götürüb. Braziliyanın U-23 yığmasının sabiq üzvü özünü doğrulda bilsə, transfer ediləcək və 2 illik sazişə qol çəkəcək. Lusiano ötən mövsümü icarə əsasında "Leqanes" klubunda keçirib, 4 qola imza atıb.
Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri iyulun 18-də başa çatıb. Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Nevil: "Yeni mövsümdə çempionluq Mançester şəhərində gedəcək"
"Mancester United"in sabiq müdafiəçisi Qari Nevill yeni mövsümdə İngiltərə Premyer Liqasında gedəcək çempionluq mübarizə barədə fikirlərini bölüşüb. İngilis mütəxəssis Mançester klublarını bu mübarizədə daha şanslı görüb.
Dəhşətli istilər başlayır
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 19-də hava şəraiti günəşli olacaq. Şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.
Müharibəyə səbəb olacaq QƏRAR: Rusiya sərhədində yeni “dövlət” yaradılır
Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” terror təşkilatının başçısı Aleksandr Zaxarçenko “Malorusiya dövləti”nin yaradılmasını elan edib. Zaxarçenko bu haqda jurnalistlərə bildirib. Onun sözlərinə görə, yeni dövlətin yaradılması üçün keçid dövrü 3 il çəkəcək.
Nazirlik reydləri davam etdirəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş rayonunun meşə ərazisində birgə reyd keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, reyd zamanı Ağzıbir meşəbəyliyinin 3 saylı dolayında hündürlüyü 2 metr olan 260 ədəd çətənə kolu aşkar edilib və narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Ağzıbir kənd sakini Cabir Şahmuradov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb.Narkotik xassəli çətənə bitkiləri kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.
31 nəfər günvurmadan müraciət etdi
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iyun ayının 1 – dən bu günə qədər günvurma ilə bağlı 31 nəfər müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, ötən gün günvurma ilə bağlı stansiyaya 2 müraciət olub.
Narkotiklə bağlı 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Bu ilin ilk yarısında narkotiklərlə bağlı 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 3-ü 18 yaşadək, 112-si 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-si qulluqçu və ya maddi məsul şəxs, 1167-si işsiz, 513-ü təkrar cinayət törətmiş şəxs, 1289-u kişi, 20-si qadın, 17 nəfəri isə xarici ölkə vətəndaşıdır.
Lənkəranda zəlzələ
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Olaylar” – a verilən məlumata görə, yeraltı təkan iyulun 18-də saat 03.54-də Lənkərandan 15 km şimal-qərbdə, Lənkəran ərazisində qeydə alınıb. Maqnitudası 3.1 olan, 10 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.
20 000 insan TƏHLÜKƏ altındadır
İraqın Səlahəddin əyalətinə bağlı Əş-Şərqət bölgəsində İŞİD tərəfindən blokadaya alınan 20 000 vətəndaş ölüm təhlükəsi altında yaşayır. İŞİD bölgədəki hökumət qüvvələri ilə əlaqə qurmaq istəyənləri həbs edir və işgəncə verir. Təşkilat xəstəlik olduqda belə insanların bir-birinə yardım etməsinə icazə vermir.
ABŞ-ın İŞĞAL XƏRİTƏSİ - Türkiyə sərhədində BÖYÜK TƏHLÜKƏ
ABŞ Suriyanın şimalında - PKK/PYD terror təşkilatının nəzarətində olan bölgədə hərbi gücünü artırmaqdadır. ABŞ hazırda bölgədə iki hava bazası və 8 hərbi məntəqəyə sahibdir. Haseke, Rakka və Münbiçdəki “əməliyyat nöqtələri”ndə ABŞ-ın xüsusi təyinatlı qüvvələri yerləşir. Tel-Beyder ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bölgədə qurduğu 8 hərbi məntəqədən ən yenisidir.
Spirtli içki satışı qadağan edildi
Rusiyanın Səhiyyə Nazirliyi ölkədə spirtli içki satışının məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Nazirlik xalqın sağlam həyat tərzi yaşaması üçün strateji qərarlar qəbul etməyə başlayıb. Qərara görə ölkədə həftəsonları spirtli içki satılmayacaq.
Bakıda silah alverçisi saxlanılıb - "TT" satacaqmış
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Nəsimi rayonunda 2017-ci ilin birinci yarısının yekunları müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.














