Nevil: "Yeni mövsümdə çempionluq Mançester şəhərində gedəcək"
"Mancester United"in sabiq müdafiəçisi Qari Nevill yeni mövsümdə İngiltərə Premyer Liqasında gedəcək çempionluq mübarizə barədə fikirlərini bölüşüb. İngilis mütəxəssis Mançester klublarını bu mübarizədə daha şanslı görüb.
18 İyul 2017 12:40 İdman"Mancester United"in sabiq müdafiəçisi Qari Nevill yeni mövsümdə İngiltərə Premyer Liqasında gedəcək çempionluq mübarizə barədə fikirlərini bölüşüb. İngilis mütəxəssis Mançester klublarını bu mübarizədə daha şanslı görüb.
"Ötən il çempionluq titulunun Mançester şəhərinə gedəcəyini dedim və yanıldım. Amma qarşıdakı mövsüm məhz belə olacaq. Mənə elə gəlir ki, "Chelsea"ni azacıq eniş gözləyir. Mənfi mənada demirəm, sadəcə onlar gücünün bir hissəsini Çempionlar Liqasına da verəcək. "Tottenham" də çox güclü olacaq. Buna baxmayaraq çempion ya "Manchester City", ya da "United"dir. Hər il hansı klubun transfer bazarında aktiv fəaliyyəti və çempionluq şansları barədə danışıram. Əksər klublar eyni futbolçuları transfer etməyə çalışır. Onların qiyməti çoxdur və agentlərin nəzarəti altındadır. Transfer mübarizəsində münasibətləri, əlaqələri yaxşı olan və daha yüksək məbləğ təklif edən qalib gəlir. Avropada uğurlu çıxışdan söhbət gedirsə, bütün ingilis klublarının heyətini gücləndirməyə ehtiyacı var. Son bir neçə mövsümdə Çempionlar Liqasında nəticə əldə edilməyib. "Manchester United"in özünə 4-5 yeni futbolçu da lazımdır". Goal.az