Gündəm

6 ayda 60 insan alveri qurbanına yardım göstərilib

18 İyul 2017 13:42

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2017-cı ilin yanvar-iyun aylarında 60 nəfər şəxsə müxtəlif növ yardımların göstərilməsini təmin edib. Onlardan 45 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş insan alveri qurbanları təşkil edib. Qalan 15 nəfər isə potensial insan alveri qurbanlarından, yəni insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdən ibarət olub.

Canlı bomba 4 nəfərinə həyatına son qoydu

18 İyul 2017 13:40

Suriya ilə  Türkiyə sərhədinin şimal-şərqində  terror hadisəsi baş verib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, ilkin məlumata əsasən hadisə zamanı 4 adam həyatını itirib. PKK terror təşkilatının Suriyadakı davamı olan YPG- nin himayəsi altında olan  Tel Tamr kəndində meydana gələn hücumun canlı bomba tərəfindən reallaşdırıldığı bildirilir.

Türkiyədə İŞİD əməliyyatı

18 İyul 2017 13:38

Türkiyənin Bingöl vilayətində İŞİD terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, əməliyyat zamanı  6 nəfər saxlanılıb. Bingöl Respublika Baş prokurorluğundan verilən məlumata əsasən aparılan istintaq əməliyyatı zamanı şübhəlilərin ev və iş yerlərində axtarışlar aparılıb. İstintaq davam edir.

Ermənistan hakimiyyəti əlacsız durumda

18 İyul 2017 13:37

Rusiyanın son vaxtlarda Dağlıq Qarabağ probleminin həllində Ermənistanın maraqlarına xidmət edən addımlar atması Azərbaycan cəmiyyəti kimi düşmən ölkənin cəmiyyətinə də bəllidir. Artıq erməni rəsmilər də bunu açıq şəkildə ifadə etməyə başlayıblar. Elə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın bu günlərdə yerli televiziyalardan birinə verdiyi müsahibədə də bu məqam özünü büruzə verir. Məlumat üçün qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramının aparıcısına verdiyi müsahibədə Rusiyanın Azərbaycana silah satmasını ən "ağrılı" məsələ saysa da, ancaq Rusiyanın Azərbaycanı silahlandırması nəticəsində hələlik “ciddi heç nə baş vermədiyini” vurğulayıb. Sərkisyan Rusiyanı hələ ittiham etməyin tez olduğuna işarə edib və deyib ki, əgər nə vaxtsa ciddi nəsə baş versə, o zaman Moskvanı ittiham eləmək olar: “Əgər ciddi nəticələr olmayacaqsa biz bunu Rusiya tərəfinin regonda vəziyyəti stabilləşdirməyə yönələn uzunmüddətli siyasi fəaliyyəti hesab edəcəyik”.

Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir

18 İyul 2017 13:35

Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, xüsusilə iqtisadi sahədə atılan məqsədyönlü addımlar, görülən işlər öz müsbət nəticələrini verir, ölkəmizin dinamik inkişafına gətirib çıxarır. Məhz həyata keçirilən uğurlu islahatların nəticəsidir ki, dünya iqtisadiyyatını, ayrı-ayrı dövlətləri ciddi iqtisadi və maliyyə böhranı vurduğu halda, Azərbaycan bundan minimim itki ilə çıxdı.

Artıq vətəndaş cəmiyyətinin tam təşəkkül tapmasına imkan verən normativ-hüquqi baza formalaşıb

18 İyul 2017 13:31

Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək üçün yeni imkanlar açır.

Moskvada yaşayış binasında yanğın olub, hadisə yerinə 20 yanğınsöndürən briqadası cəlb edilib

18 İyul 2017 13:23

Moskvada hündür mərtəbəli yaşayış binasında yanğın baş verib.  Yanğını söndürmək üçün hadisə yerinə 20 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisə baş verən zaman binada yalnız fəhlələr olub. Binada yerləşən restoranın personalı və müştərilər daxil olmaqla, 26 nəfər təxliyə olunub.

İş adamlarını çılpaq fotoları ilə şantaj edən şəxs bu məşhur imiş: MÜDHİŞ PLANIN ÜSTÜ AÇILDI 

18 İyul 2017 13:17

Türkiyədə iş adamlarının silah gücü ilə çılpaq fotolarını çəkib, təhdid edən cinayətkar dəstənin 4 üzvündən ikisi tanınmış model çıxıb. İstanbul və Adanada dəstə üzvü olan modellərlə zəngin iş adamlarını günlük tutduqları evlərdə nahar və yeməyə çağırıb, silah gücü ilə çılpaq fotolarını çəkərək şantaj edən bir cinayətkar qrupa qarşı İstanbul polisi tərəfindən əməliyyat təşkil edilib.  Həbs edilən iki modeldən birinin "The Queen of Eurasiya" Gözəllik Yarışının ilk türk qalibi olaraq tarixə düşən Sibel Demiralp olduğu məlum olub.

Azərbaycanda 4 günlük tətil olacaq

18 İyul 2017 13:11

Bu ilin sentyabr ayında qeyd ediləcək Qurban bayramı ilə əlaqədar Azərbaycanda neçə gün qeyri-iş günü olacağı açıqlanıb. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli report-un sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 1-i və 2-si Qurban bayramı kimi qeyd olunacaq: "Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq.

İki nüvə dövləti arasında müharibə BAŞLADI – 158 ölü

18 İyul 2017 13:07

Çin Hindistanı raket və minaatanlardan atəşə tutub. Hücumda 158 hind əsgəri həyatını itirib. Xeyli hərbçinin yaralandığı bildirilir. Hadisənin təfərrüatları və səbəbləri barədə informasiya yoxdur. 

Bu qadınların yaşını öyrənəndə çox TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

18 İyul 2017 13:05

Qocalıq hər kəs üçün əsl faciədir. Dərinin qocalma prosesini ləngitmək üçün insanlar kosmetik məhsullara və digər kosmetloji müdaxilələrə hər il milyardlarla dollar pul xərcləyir.

PPX əməkdaşı yol hərəkəti qaydasını pozana protokol tərtib edə bilər?

18 İyul 2017 13:03

Vətəndaş-polis münasibətləri heç vaxt rəvan olmayıb. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə... Bəzi hallarda münasibətlərdəki gərginlik o həddə çatır ki, polis zor tətbiq etmək məcburiyyətində qalır. Bir çox hallarda münasibətlərin gərginləşməsi vətəndaşın qaydaları pozmasından irəli gəlir... 

"Lotu Quli" Sabirabadlı Hikmətin qardaşı oğluna "vor" adı vermədi - TÜRKİYƏDƏ "SXODKA"

18 İyul 2017 12:59

Türkiyədə məşhur kriminal avtoritet "Kor Hüseyn"in iki nəfərə qanuni oğru adı verilməsinə mane olunub.  "Kor Hüseyn" öz ad günündə İlyuxa Qaqauzski və Məmədqulu Muxtarova qanuni oğru adı verməyi planlaşdırıbmış. Amma Bakıdan gələn xəbərdarlıqdan sonra bu istəyindən əl çəkib. Hazırda həbsdə yatan "Lotu Quli" (Nadir Səlifov) "Kor Hüseyn"ə onun başının üstündən heç bir azərbaycanlıya qanuni oğru adı verilməsinin mümkün olmayacağını çatdırıb.

Ehtiyatlı davranın: telefon bəzən ölümə səbəb olur - VİDEO

18 İyul 2017 12:56

Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətinin Nəqliyyatda Təhlükəsizlik Departamenti belə sloqanla yeni sosial reklam kampaniyasına başlayıb.  Kampaniya sosial şəbəkələrdə "#ItCanwait" heşteqi ilə yayılır. 

Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI

18 İyul 2017 12:53

İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.