Gündəm
"GMO dalğasının qarşısını almaq mümkün deyil"
1972-ci ildən başlayaraq ABŞ-da alimlər tərəfindən ayrı-ayrı növə aid genlərin bir orqanizmdən digərinə transformasiyası həyata keçirilir. Yüksək məhsuldarlıq əldə etmək, istiyə, soyuğa, alaq otlarına və ziyanvericilərə davamlı bitki növü yetişdirmək üçün heyvan genlərinin bitkilərə keçirilməsi nəticəsində təbiətin qanunauyğunluqlarına qarşı gedilir.
Fahişəlik artıb, pritonlar çoxalıb... - Qorxulu xəstəliklərin SƏBƏBKARLARI....
Ödənişli seks faliyyəti və ən qədim peşə adlandırılan fahişəlik hər bir cəmiyyətin bəlasıdır. O cümlədən də Azərbaycan cəmiyyətinin... Bəzən Azərbaycanda bu mövzunu araşdıranda bir çoxları irad tutur, "mentalitetimizə yad xüsusiyyətdir" deyib bundan danışmağı ayıb sayır, ölkəmizdə fahişəliyin az yayıldığınlı iddia etməyə çalışırlar. Halbuki, reallıq və faktlar əksini deyir: Azərbaycanda da fahişəlik artıb...
Bosniya Hersoqovinada Türk Fimleri Festivalı
Bosniya Hersoqovinanın Mostar şəhərindəki Türk Filmleri Festivalları start götürüb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, festival Yılmaz Ərdoğanın və Ömər Faruk Sorakın çəkdiyi “Vizontele” filmi ilə açıq élan edilib. “Mostarda Yaz” fəaliyyəti çərçivəsində Mostar Yunus Emre İnstitutu tərəfindən Milli Teatrda keçirilən film nümayişinə Bosniya Herseklileri böyük maraq göstəriblər. “Vizontele” ilə yanaşı Çağan Irmakın "Babam və Oğlum", Yılmaz Ərdoğanın "Şən Hayat", Özhan Erenin "120", Osman Sınavın "Uzun Hikaye", Yavuz Turgul'un "Eşkıya" və Atif Yılmazın "Selvi Boylum Al Yazmalım" filmləri 21 İyula qədər festivalda sinemasevərlərə təqdim olunacaq.
Rusiya Mərkəzi Bankının rəhbərliyində DƏYİŞİKLİK
Rusiya Bankının sədr müavini Olqa Skoroboqatova Mərkəzi Bankın birinci sədr müavini təyin edilib. Mərkəzi Bankda bu postu tutan Qeorgiy Luntovskiy isə sentyabrın 1-dən öz istəyi ilə postunu tərk edir. Bu barədə Mərkəzi Bankdan verilən məlumatda deyilir ki, o, milli ödəniş sistemi, informasiya və maliyyə texnologiyaları və layihə departamentlərini idarə edəcək.
"Barselona" rekord məbləğdə gəlir əldə etdi
İspaniyanın "Barselona" klubu 2016-2017 mövsümündə 708 milyon avro gəlir əldə edib. Bu, planlaşdırıldığından 13 milyon avro çox və rekord göstəricidir. Hesabat dövründə vergilər çıxıldıqdan sonra xalis mənfəət 18 milyon avro olub.
Azərbaycanda parkinqlər pulsuz oldu - İlk 15 dəqiqə
Azərbaycanda parkinqlərlə bağlı yeniliklər edilib. "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinə edilən yeniliklər artıq qüvvəyə minib. Yeniliklər parkinqlərdə əlillər üçün yerin ayrılmasını nəzərdə tutur və əlillər üçün ayrılan yerlərdə başqa sürücülərin avtomobili park etməsini qadağan edir.
Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq
"Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək". Bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.
Bakıda baş vermiş qəzada ölənlərin adları AÇIQLANDI
Dünən Bakıda baş vermiş ağır yol qəzasında ölən şəxslərin adları açıqlanıb. DİN xəbər verir ki, iyulun 17-də saat 8.00 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Elçin Babayevin idarə etdiyi "Daevoo Gentra", Hikmət Baxışovun idarə etdiyi "VAZ-2107", Əlixan Babayevi idarə etdiyi "Daevoo" markalı sərnişin avtobusu və Gədəbəy rayon sakini Orxan Tağıyevin idarə etdiyi "Volksvagen" markalı avtomobillər toqquşub.
"Cocuq Mərcanlıda 300 hektar ərazi mina və PHS-dən təmizlənib"
"Yarandığı gündən indiyə kimi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 40 min hektardan çox ərazi təmizlənib, 760 mindən çox mina və partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib".
Tanınmış iş adamının obyektində ölüm hadisəsi - YENİLƏNİB
Masallının Yeddi Oymaq kəndində ölüm hadisəsi baş vermiş asfalt zavodu "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsusdur. Zavodda elektrik vəzifəsində işləyən Yardımlı rayon sakini 1958-ci il təvəllüdlü Əfsər Hüseynov yüksəklikdə işləyən zaman halı pisləşib və bunkerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ə.Hüseynov xəstənaya aparılarkən yolda dünyasını dəyişib.
Azərbaycan, Türkiyə və Gürcüstan gömrükçüləri yüklərin əngəlsiz daşınmasını müzakirə edəcək
Sabah Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşündə nəqliyyat dəhlizlərinin reallaşdırılmasına dair məsələlər müzakirə olunacaq. Bunu Bakıda səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi bugünkü mətbuat konfransında bildirib.
Vüqar Səfərli: "Üçüncü bina da 255 mənzilli olacaq"
"Jurnalistlər üçün inşa edilmiş ikinci binanın açılış mərasimi zamanı üçüncü binanın təməli qoyulacaq". Bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib. Onun sözlərinə görə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu layihə davamlı olacaq.
DGK sədri türkiyəli iş adamlarına müraciət edib
"Adətən iki ölkə arasında münasibətlər siyasi və iqtisadi sahələrdə qurulur. Lakin Azərbaycanla Türkiyənin münasibətləri yalnız bu iki sahədə qurulmayıb, bizi qardaşlıq bağları birləşdirir". Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bugünkü mətbuat konfransında bildirib.
İngiltərədən Trampa SƏRT REAKSİYA: “Qırmızı xalı sərilməyəcək!”
Londonun bələdiyyə sədri Sadiq Xan ABŞ prezidenti Donald Trampın İngiltərəyə səfər etməsinə sərt reaksiya verib. Sadiq Xan prezidentin ölkəyə səfəri zamanı onu qırmızı xalı ilə qarşılamayacağını deyib.
Poroşenko: "Ukraynanın Donbas və Krım üzərində suverenliyi bərpa ol
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Donbas və Krım üzərində suverenliyi bərpa edəcəyini deyib. Ukrayna prezidenti bunu separatçı “Donetsk Xalq Respublikası” (DNR) rəhbərinin Malorossiya dövlətinin elan olunması bəyanatına cavab olaraq bildirib. “Novorossiya layihəsi birdəfəlik basdırılıb. Ukrayna Donbass və Krım üzərində suverenliyini bərpa edəcək”, - deyə Poroşenko bildirib.













