Azərbaycan, Türkiyə və Gürcüstan gömrükçüləri yüklərin əngəlsiz daşınmasını müzakirə edəcək
Sabah Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşündə nəqliyyat dəhlizlərinin reallaşdırılmasına dair məsələlər müzakirə olunacaq. Bunu Bakıda səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi bugünkü mətbuat konfransında bildirib.
18 İyul 2017 14:11 İqtisadiyyatSabah Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşündə nəqliyyat dəhlizlərinin reallaşdırılmasına dair məsələlər müzakirə olunacaq. Bunu Bakıda səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi bugünkü mətbuat konfransında bildirib.
"İnanıram ki, görüşümüz faydalı olacaq. Görüşdə həmçinin gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən yüklərin əngəlsiz daşınması müzakirə olunacaq. Rəsmi Ankara Azrbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq platformasını vacib hesab edir", - deyə nazir bildirib. Son zamanlar Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsində azalmanın müşahidə olunduğunu deyən nazir əlavə edib ki, dövriyyənin artırılması üçün olduqca böyük potensial var. Apa.az