Gündəm
Azərbaycanın dini modeli islam ölkələri üçün örnəyə çevrilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda “İslam həmrəyliyi və media”mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı İslam dətərlərinin qorunub saxlanması, insanların dini maarifləndirilməsi istiqamətində mətbuatın rolundan danışıb. Bildrib ki, Azərbaycan mətbuatı uzun tarixi yol keçib və bu yolda böyük naliyyətlərə imza atıb. Dini dəyərlərin təbliğində Azərbaycan mətbuatı Şərq dünyasında və İslam aləmində avanqard rolunu oynayıb. Əlavə edib ki, ölkədə bu il Azərbaycan prezidenti tərəfindən "İslam Həmrəyliyi İli" elan edilib.
Təyyarə məcburi eniş etdi
Amerika hava yollarına məxsus bir təyyarədə tarixdə bəlkə də ilk olacaq bir hadisə yaşanıb. Təyyarə texniki səbələrdən dolayı təcili məcburi eniş edib. Əslində səbəbi tam başqa imiş. Belə ki, təyyarədə olan bir sərnişinin şiddətli bağırsaq sancısı tutub. Təyyarə bu səbəbdən təcili eniş edib və personal sərnişin heyətinin təyyarədən təxliyə edib.
Ailə münasibətlərinə təsir göstərən faktorlar
Zaman-zaman ailədə meydana çıxan problemlərin əsl səbəbinin araşdırılması, bu problemlərin haradan qaynaqlandığı barədə mətbuatda yazılar yazılır, televiziyalarda reportajlar hazırlanır. Qəribəsi odur ki, müxtəlif istiqamətlərdə araşdırma aparılıb, mövqe ortaya qoyulsa da, lakin problemin əsas səbəbinin nədən ibarət olduğu sualı cavabsız qalır. Bu hal isə qeyd edilən istiqamətdə problemin daha da dərinləşməsinə gətirib çıxarır. Ən ağrılı hal isə ondan ibarətdir ki, ailədə yaranan problem getdikcə dərinləşərək onu dağılması, uşaqların vaildeyn himayəsindən məhrum olması, nəticədə onların psixoloji durumunda problemlərin meydana gəlməsinə səbəb olur. Bəs görəsən psixoloqlar bu barədə nə düşünürlər? Ümumiyyətlə, psixoloqların qənaətincə ailədə problemlərin, ziddiyyətlərin, böhranın yaranmasının başlıca səbəbləri hansılardır?
İran “Amerika terrorizmi”nə qarşı qanun qəbul etdi
İran parlamenti Yaxın Şərqdə “Amerika terrorizmi” ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Sənədə parlamentin 212 üzvü səs verib. “Bu səsvermə Amerikanın hərəkətləri ilə mübarizədə İran xalqının qətiyyətini sübut edir. Amerika administrasiyası mesajımızı aydın anlamalıdır ki, İslam Respublikasına qarşı istənilən hərəkətə xalq və parlament tərəfindən qəzəblə cavab veriləcək”, - parlamentin spikeri Əli Laricani səsvermədən sonra bildirib.
Əməliyyat zamanı xəstənin gözündən çıxanlar həkimləri ŞOK ETDİ
İngiltərədə katarakta əməliyyatı üçün xəstəxanaya gedən 67 yaşlı qadın həkimləri şoka salıb. Həkimlər əvvəlcə qadının gözündən mavi rəngli yad cisim çıxarıb. Sonra bu "yad cismin” bir-birinə yapışan 17 linza olduğunun fərqinə varıblar. Həkimlər qadının gözlərini təkrar müayinə edib və daha 10 linza çıxarıb.
Arda "Barselona"da qalacaq?
"Barselona"nın futbolçusu Arda Turanın Kataloniya klubundan ayrılmayacağı dəqiqləşib. La Liqa təmsilçisinin ABŞ-da təlim-məşq toplanışı üçün heyətində türk yarımmüdafiəçinin də adı yer alıb.
Sevgilisini döyən dünya çempionuna cinayət işi açıldı
Bəzi xəbər saytlarında boks üzrə dünya çempionu Elvin Məmişzadənin gecə klublarından birində bir xanımı döyməsi barədə məlumatlar yayılıb. İdmançının özü də xəbəri təsdiqləyib və bildirib ki, xanımla mübahisəsi olub, lakin onu döyməyib. Bəs əslində, nə baş verib?
Aprel döyüşləri qəhrəmanlarının şücaətləri rəsm əsərlərində - JEM-dən layihə
Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsinə başlayır. JEM – dən “Olaylar” – a bildirilib ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında layihənin təqdimatı keçirilib. İncəsənət ocağının rəhbərliyi, rəsm müəllimləri və yeniyetmə rəssamlarla görüşən JEM sədri Ceyhun Musaoğlu bildirib ki, onun rəhbərliyi ilə iyul-noyabr aylarınadək davam edəcək layihəyə rəsm dərnəyində təhsil alan yeniyetmələr cəlb olunacaqlar. Rəssamlar 2016-ci ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər. Sərgisi keçiriləcək əsərlər sonda muzeyə hədiyyə olunacaq. Layihə rəhbərinin sözlərinə görə, məqsəd əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gələcək nəslin yaradıcı nümayəndələrinə vətənpərvərlik ruhu aşılamaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğurunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir. Rəsm müəllifləri diplom və hədiyyələrlə mükafatlanacaqlar.
G 20 sammiti Almaniyaya 12 milyon avro ziyana başa gəldi
Almaniya Sığortaçılar İttifaqı G 20 sammiti zamanı Hamburqda baş vermiş iğtişaş və etiraz aksiyaları zamanı vurulan ziyanın məbləğini açıqlayıb. İttifaqın açıqladığı hesabatda sammit ərəfəsi və həmin gün Almaniyaya 12 milyon avro dəyərində ziyan dəydiyi qeyd olunub. Məlumatda bunun dəyən ziyanın ilkin qiymətləndirməsi olduğu da vurğulanıb. Hesabatda bildirilir ki, ziyan əsasən avtomobillərə, yaşayış və inzibati binalara vurulub.
Ölkədə qanunsuz işləyən əcnəbilər saxlanılıb
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasi-yaya qarşı keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 5 nəfər Pakistan, 2 Hindistan, 2 Nepal, 1 Syerra-Leone, 1 Nigeriya və 1 nəfər ikili vətəndaşlığı (Fələstin və İordaniya Həşimi Krallığı) olan əcnəbi saxlanılıb. “OLAYLAR”-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada Azərbaycan Respublikasının ərazisindən çıxarılan və ölkə ərazisinə girişinə məhdudiyyət qoyulan Pakistan vətəndaşı özünü Vasim kimi təqdim edən Zıkar Ullah tərəfindən 5 nəfər həmyerlisinin (Hussain Muhammad Waqar, Ahmad Sarfraz, Haidar Irfan, Ali Faizan, Ahmed Shakeel), 2 nəfər Hindistan vətəndaşının (Ravinder Kumar, Mandal Bhairab) və 2 nəfər Nepal Krallığı vətəndaşının (K C Sunil, Shrestha Anu) işə düzəltmə adı ilə aldadılaraq Azərbaycan Respublikasına gətirilməsi məlum olub.
KİV nümayəndələri ilə güləşçilər yarışacaq
22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar olaraq Azərbaycan Güləş Federasiyası və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə idman jurnalistləri və güləş üzrə ölkə yığma komandalarının idmançı və məşqçi heyəti arasında futzal üzrə yoldaşlıq görüşü keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub. Bildirilib ki, yoldaşlıq görüşü iyulun 19-da Olimpiya Güləş Mərkəzinin oyun zalında baş tutacaq.
FİFA-nın vitse-prezidenti həbs olundu
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) vitse-prezidenti Anhel Mariya Vilyar həbs edilib. Onunla birgə oğlu Qorka da saxlanılıb. A.Vilyar İspaniya Ali Məhkəməsinin qərarı əsasında korrupsiya ilə mübarizə əməliyyatı çərçivəsində həbs olunub.
Azərbaycanın bölgələri ilə Ukraynanın Dnepr şəhəri arasında birgə iqtisadi layihələr həyata keçiriləcək
Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, ticari layihələrin reallaşdırılması və birgə müştərək işlərin görülməsi vacibdir. “OLAYLAR”-ın Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu fikri Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatovla görüşü zamanı Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev səsləndirib. Səfir qeyd edib ki, Prezident İlham Əliyevin qayğısı ilə Azərbaycanda münbit investisiya mühiti yaradılıb və ölkəmizin regionlarının inkişafına diqqət ayrılıb. Azər Xudiyev vurğulayıb ki, Azərbaycanın qapıları Ukrayna investorlarının üzünə açıqdır: “Azərbaycanın tanınmış şirkətləri artıq Ukraynada iqtisadi, ticari layihələrə investisiya yatırırlar. Azərbaycan şirkətləri Dnepr şəhərinin iri layihələrinə də investisiya qoymağa hazırdır”.
Barda Rövşən Lənkəranskiyə həsr olunmuş mahnı istədi, öldürüldü
Bakıda gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində barda "DJ" işləyən Abdurrahman Almiyaşov dindirilib.
Qaçırılıb, zorlanan qadından tükürpədici açıqlama: "25-30 min verəcəklərini dedi"
İstanbulun mərkəzi Taksimdə F.E. adlı qadını qaçıraraq onu zorladıqdan sonra, şikayətindən imtina etməsi üçün pul təklif edildiyi deyilir. Zərər çəkmiş şəxs F.E. hadisə zamanı bıçaqlanan rəfiqəsi E.Y.-nin təklifi qəbul etdiyini bildirib.














