Gündəm

Müdafiə naziri İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb  

18 İyul 2017 16:10

İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan müvəqqəti işlər vəkili Xose Luis Diez Xuares ilə görüşüb.

Azərbaycanda mediaya əlverişli şərait yaradılıb

18 İyul 2017 16:09

Azərbaycan mediası, mətbuatı daha bir yaşını geridə qoymağa hazırlaşır. İyulun 22-də Azərbaycan mətbuatı 142 yaşını qeyd edəcək. 142 il geriyə dönüb baxanda mediamızın, mətbuatın uzun, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçdiyinin şahidinə çevrilirik. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı onun əsasını qoymuş dahi mütəfəkkir Həsən bəy Zərdabinin yolunu uğurla davam etdirir, öz fəaliyyəti ilə dahi mütəfəkkirin adını uca tutur, ona sayğı nümayiş etdirir.

Azadxan Xanməmmədovun vəkili mətbuat konfransı keçirdi

18 İyul 2017 16:07

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində bir neçə ay əvvəl həbs olunan sahibkar Azadxan Xanməmmədovun vəkili Ceyhun Yusifov mətbuat konfransı keçirib. Tədbirdə Azadxan Xanməmmədovun qardaşı Əlifağa Xanməmmədov, həyat yoldaşı Əsmər Fətullayeva iştirak edib. A.Xanməmmədovun vəkili C.Yusifov bildirib ki, mətbuat konfransının məqsədi ictimaiyyətə, dövlət orqanlarına, media qurumlarına və bu məsələ ilə əlaqədar səhv təsəvvürü olan bütün şəxslərə müdafiə etdiyi şəxsin başına gələn faciənin tam təfərrüatı, dəqiqliyini, sübutlarını və səbəblərini təqdim etməkdir: “İlk öncə Cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya azad sahibkarlığın inkişafı üçün yaratdıqları şəraitə görə öz təşəkkürümüzü bildiririk. Cənab Prezident və birinci vitse-prezident hər zaman öz humanistlikləri ilə seçiliblər və bütün məsələlərə düzgün və ədalətli qiymət veriblər”.

Almaniya məhkəməsindən müsəlman qadına qarşı QANUNSUZLUQ

18 İyul 2017 16:02

Almaniyanın Bradenburq əyalətində məhkəmə hakimi suriyalı qadını məhkəmə salonundan qovub. Buna səbəb suriyalı qadının hicablı şəkildə məhkəməyə gəlməsi olub. Almaniyada qaçqın statusu ilə yaşayan qadın hakimin tələbini rədd edib. Hakim isə məhkəmə prosesini təxirə salıb.

Hansı halda açıq havada iş dayandırılır?

18 İyul 2017 16:00

İyulun ilk günlərindən başlayaraq ölkə ərazisində isti və günəşli hava şəraiti hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, bu cür hava şəraiti davam edəcək. Məlum olduğu kimi, yay mövsümündə kəskin isti hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması zərurəti yaranır.

Son 6 ayda Əmək Nazirliyinin xətti ilə  9,1 min nəfər əlilliyi olan şəxsə  bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib

18 İyul 2017 15:58

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 9 098 nəfər əlilliyi olan şəxsin bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib.

Erməni hərbçiləri Gürcüstandakı NATO təlimlərinə qatılacaq

18 İyul 2017 15:52

İyulun 30-da Gürcüstanda NATO hərbi təlimlərinə start veriləcək. “Layiqli tərəfdaş 2017” hərbi təlimləri avqustun 12-dək davam edəcək. Paytaxt Tbilisinin yaxınlığındakı Vaziani hərbi aerodromunda startı veriləcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçi iştirak edəcək.

Mini geyinmiş qız Səudiyyə Ərəbistanında qalmaqala səbəb oldu- VİDEO

18 İyul 2017 15:47

Sosial şəbəkələrdə yayılmış qısa videoçarx bütöv bir ölkəni lərzəyə gətirib, hüquq-mühafizə orqanları istintaq aparır. 

Almaniyada erməni kredit mafiyası ifşa edildi

18 İyul 2017 15:45

“Еrfurt Thueringer Allgemeine” nəşri Erfurtda uzun illər saxta kredit biznesi təşkil etmiş erməni mafioz klanları haqqında məlumat yayıb (bax: http://erfurt.thueringer-allgemeine.de/). Nəşrin yazdığına görə, izlər Hessen və Türingiya tikinti əmanət kassasına, Türingiya mərkəzi əmanət kassasına və digər banklara aparıb çıxarır. Bu məlumat Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyinin təhqiqat sənədlərində əks olunub.

İran XİN rəhbəri İraq Kürdüstanındakı müstəqillik referendumu haqda

18 İyul 2017 15:40

“İraq Kürdüstanında planlaşdırılan müstəqillik referendumunun ölkə və region üçün faciəvi fəsadları olacaq”. Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. “Hesab edirik ki, referendum düzgün seçim deyil. Referendum təkcə bölgənin kürd əhalisinə toxunmayacaq. Fikrimcə, bunun İraqın və bütövlükdə regionun təhlükəsizliyinə faciəvi təsiri olacaq”, - deyə nazir bildirib.

İŞİD ailələrinə qarşı "kollektiv cəza" tədbirləri

18 İyul 2017 15:38

BMT-nin İraq üzrə elçisi azad edilmiş Mosulda İŞİD-lə bağlı mülki vətəndaşlara qarşı hücumlardan narahat olduğunu ifadə edib. Yan Kubis BMT Təhlükəsizlik Şurasındakı nitqində bəyan edib ki, ərazidə İŞİD-lə əlaqəli olmuş ailələrə qarşı kollektiv cəza verməyə meylli tendensiya müşahidə olunur. O deyib ki, militantlarla qohumluğu olan iraqlılar evlərindən qovulur, onların evləri müsadirə olunur və başqa qisas əməlləri ilə üzləşirlər.

İstanbulda güclü leysan yağıb, küçələri su basıb

18 İyul 2017 15:37

İstanbulda güclü leysan yağıb. Qəfil başlayan yağış nəticəsində küçələri sel basıb. Dünən axşamdan başlayan yağış birdən-birə şiddətlənib. Hazırda yağış davam edir.

Millət vəkili: “Azərbaycanda ürək transplantasiyasının aparılmaması donor yaxınları ilə bağlıdır”

18 İyul 2017 15:34

"Azərbaycanda ürək transplantasiyasından başqa, bütün ürək-damar əməliyyatları həyata keçirilir". Bunu Bakı Ürək Mərkəzində keçirilən mətbuat konfransında millət vəkili, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini Rəşad Mahmudov bildirib.

İran prezidentinin sözçüsü: “Qardaşının həbsi Həsən Ruhaninin iradəsinə təsir göstərməyəcək”

18 İyul 2017 15:32

“Prezidentin qardaşı və müşaviri Hüseyn Fereydunun həbsi prezident Həsən Ruhaninin iradəsinə təsir göstərməyəcək və onu yolundan döndərməyəcək”. Bunu prezidentin müavini və dövlət sözçüsü Məhəmmədbağır Nobəxt keçirdiyi mətbuat konfransında deyib. M. Nobəxt prezidentin qardaşının həbsinin nazirlər kabinetinin formalaşmasına təsiri ilə bağlı sualın cavabında bildirib ki, bu kimi addımlar prezident Həsən Ruhaninin iradəsinə heç bir təsir göstərməyəcək: “Prezident çox səbirli, təmkinli və çox zirəkdir. Bilir ki, bəzi işlər sabitliyi pozmaq üçün görülür, lakin o mötədilliyi qoruyub saxlayır. Ruhani çox dözümlüdür və heç bir təzyiqə boyun əyməyəcək. O öz işini görəcək”.

İsmayıllıda beynəlxalq elmi-praktiki seminar keçiriləcək

18 İyul 2017 15:25

İyulun 28 – də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə mədəniyyət təsisatlarına və mədəni əməkdaşlığa dəstək naminə İsmayıllı rayonunun İvanovka kəndində “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktiki seminar” keçirəcək. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd xarici mütəxəssislərdən beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı Mədəniyyət mərkəzlərində fəaliyyət göstərən klublarda milli məfkurənin öyrənilməsinə xidmət edən milli, mədəniyyət ocaqları vasitəsilə əhali arasında təşviqat işlərinin genişləndirilməsinə kömək edən yolların araşdırılmasıdır. Beynəlxalq elmi-praktiki seminarda Belarus, Qazaxıstan respublikaları, Türkiyə Cümhuriyyətinin mədəniyyət müəssisələrində çalışan mütəxəssislər, Bakı şəhəri və regionlardakı Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər iştirak edəcəklər.