Mini geyinmiş qız Səudiyyə Ərəbistanında qalmaqala səbəb oldu- VİDEO
Sosial şəbəkələrdə yayılmış qısa videoçarx bütöv bir ölkəni lərzəyə gətirib, hüquq-mühafizə orqanları istintaq aparır.
18 İyul 2017 15:47 DünyaSosial şəbəkələrdə yayılmış qısa videoçarx bütöv bir ölkəni lərzəyə gətirib, hüquq-mühafizə orqanları istintaq aparır. Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, həmin videoçarxda mini ətək geyinmiş gənc qız görüntülənir. Həmin qız Səudiyyə Ərəbistanında yerləşən qədim yaşayış məskəni olan Uşaykirdə kameraya düşüb.
İstənilən ölkə üçün çox normal görünə biləcək bu görüntülər Səudiyyə Ərəbistanında qalmaqala səbəb olub. Hüquq-mühafizə orqanları videodakı qızın axtarışlarına başlayıb. Ələ düşəcəyi təqdirdə onun hansı cəzaya layiq görüləcəyi bildirilmir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında Şəriət qanunları hökm sürür və qadının açıq geyimdə küçədə görünməsi qanunla qadağandır.