Gündəm
Ton yarım dollarla tutulan polkovnikin Telman İsmayılovla əlaqəsi üzə çıxdı
Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçmiş polkovniki, ötən ilin sentyabrında həbs olunan Dmitri Zaxarçenkonun işi üzrə şahidlər azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun adını çəkiblər. Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə deyib.
İŞİD-çilər Kərkükdə kəndə hücum etdilər: ölənlər var
İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Kərkük vilayətinin Çırax kəndinə hücum ediblər. silahlılar 5 nəfəri öldürüb, 5 nəfəri isə girov götürüblər.
Ermənilər rus dilindən imtina etdilər
Ermənistan parlamentinin spikeri Ara Babloyan rusiyalı həmkarı Vyaçeslav Volodinin rus dilini dövlət dili kimi təsbit olunması ilə bağlı təklifini rədd edib.
Xızı qadınları sülh quruculuğu layihəsinə cəlb edilib
“Qadın və Müasir Dünya” Mərkəzi FİLİA –nln texniki dəstəyi ilə “Qadınların konfliktlərin nizama salinması və sulh prosesində iştirakı potensialının gücləndirilməsi” layihəsini treninqlərini Xızı həyata keçirilməsini davam etdirir. Mərkəzdən “Olaylar”a verilən məlumata görə, treninqlərin növbəti mərhələsi Xızı rayonunda baş tutub. Treninqlərdən əvvəl potensial treninq iştirakçiları ilə görüşlər təşkil edilmiş, ədalətsiz müharibə nəticəsində öz yurd-yuvasından didərgin düşmüş qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla ictimai-siyasi həyatda və digər sahələrdə daha aktiv fəaliyyət göstərən və öz aktivliyi ilə seçilən qadın liderlər treninqlərə cəlb edilmişlər. 14 uyil 2017 –ci ildə Xizida treninglər başlamazdan əvvəl Ağsu, İsmayillida və Şamaxıda olduğu kimi iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulduğu zaman həlak olmuş Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının xatirəsi 1 dəqiqəlik sükütla yad edilmişdir.
Sosial sahədə qəbul edilən qanunlar insanlaın xeyrinədir
Son illər ərzində Azərbaycan parlamenti sosial sahədə çoxlu sayda qanunlar qəbil edib. Hazırda həmin qanunların böyük əksriyyəti qüvvədədir. Maraqlıdır, sözügedən qanunlar ölkə əhalisinin sosial rifahına nə dərəcədə təsir edir? Millət vəkili, Milli Məclisin səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov bildirib ki, ölkə parlamenti tərəfindən qəbul edilən qanunların əhəmiyyəti danılazdır.
Bakı sakini özünü 17-ci mərtəbədən atdı
Paytaxt Bakıda 34 yaşlı kişi intihar edib. Məlumata görə, 1983-cü il təvəllüdlü Cəlal Qazanov özünü Yasamal rayonunda yeni tikilmiş hündürmərtəbəli binalardan birinin 17-ci mərtəbəsindən atıb.C.Qazanov hadisə yerində dünyasını dəyişib.Faktla bağlı istintaq aparılır.
"Bundan zərər çəkən İran özü olacaq"
Biz İranın Azərbaycanla bağlı siyasətinin yalnız üzdə olan tərəflərini deyil, digər tərəflərini də bilirik. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, İran Azərbaycanda kimisə ələ ala bilər: "İran pullarını qoyub ortaya, 4-5 nəfər yeyir. Bundan zərər çəkən İran özü olacaq". Politoloq vurğulayıb ki, İslam dinində müsəlman müsəlmanın qanını töksün, hakimiyyəti devirsin kimi məsələlər yoxdur. Bu islam deyil, qurama dindir. M. Əhmədoğlu əlavə edib ki, hər iki dövlətin prezidenti münasibətlərin inkişafı üçün bir çox işlər görür. Lakin bir qrup dindarlar bu münasibətlərin inkişafını istəmir.
Politoloq: “Bolqarıstan dövlət kimi özünü idarə edə bilmir”
Vaxtilə Azərbaycan müsbət mənada dünyanın diqqət mərkəzində idi. İndi dünya ölkələri iki qrupa bölünüb. Bir qrup ölkələr istəyir ki, Azərbaycan əvvəlki layihələri davam etdirsin.
"Liverpul"un futbolçusu "Lazio"da oynayacaq
"Liverpul"un yarımmüdafiəçisi Lukas Leyva karyerasını "Lazio"da davam etdirəcək. Təcrübəli futbolçu Romaya gələrək tibbi müayinədən keçib. Yaxın saatlarda onun rəsmi müqavilə imzalaması gözlənilir. "Lazio" və "Liverpul" arasında braziliyalı havbekin transferi ilə bağlı anlaşma hələ iyulun 14-də əldə edilmişdi. Tərəflər 5.6 milyon avroya razılaşmışdı.
Kanalzasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı öldü
Sumqayıt şəhər sakini kanalizasiya quyusuna düşüb və ölüb. Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. Quyuya düşən şəxs ölüb. Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.
Koalisiya qüvvələri yenə Suriyanı bombaladı - Ölən və yaralananlar var
ABŞ-ın başçılığı altında beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri ətrafını bombalayıb. Yerli "SANA" agentliyi dinc sakinlər arasında çox sayda ölən və yaralananların olması barədə xəbər verib. Məlumata görə, konkret olaraq Deyr-əz-Zordan şərqdə yerləşən Əl-Kişkiyə yaşayış məntəqəsi aviazərbələrə məruz qalıb. Ölən və yaralananların dəqiq sayı barədə hələ məlumat verilməyib.
ABŞ-dan Ukraynaya gözlənilməz ZƏRBƏ
2017-ci ildə ABŞ Ukrayna üçün metallurgiya kömürünün qiymətini təxminən üç dəfə qaldırıb. Ötən ilin yanvarından martınadək Ukrayna kömürünün 1 tonu üçün 71 dollar ödəyirdi. Bu il isə kömürün qiyməti 1 ton üçün 206 dollara qədər artıb.
Mosulda qafqazlı terrorçu qadınlar tutuldu
İraqın Mosul şəhərini İŞİD terror qruplaşmasından təmizləyərkən 20 qadın-yaraqlı saxlanılıb. Onların arasında Rusiya, Liviya, Türkiyə, Suriya, Kanada və Qafqaz regionundan olanlar, eyni zamanda Almaniyadan İraqa gələn bir yeniyetmə qız da var.
Nəsimi Rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı
İyulun 18-də Nəsimi Rayon İcra Hakimiyyətində 22 iyul Milli Mətbuat günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif bildirib ki, Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də
Akademik Zərifə Əliyeva adına lisey, Gənc istedadlar liseyi, “Hədəf” kurslarını bitirərək, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər UNEC-də olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, rektorun köməkçisi Ramil Cabbarov abituriyentlərə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə bağlı ətraflı məlumat verib, UNEC brendinin fəlsəfəsini açıqlayıb. UNEC-də tədris edilən ixtisaslar, SABAH qrupları, təqaüd və ikili diplom proqramlarından söz açıb, Elektron Universitet Modeli, keçid balları, beynəlxalq mübadilə proqramlarından danışıb, abituriyentləri maraqlandıran sualları cavablandırıb.














