"Liverpul"un futbolçusu "Lazio"da oynayacaq

"Liverpul"un yarımmüdafiəçisi Lukas Leyva karyerasını "Lazio"da davam etdirəcək. Təcrübəli futbolçu Romaya gələrək tibbi müayinədən keçib. Yaxın saatlarda onun rəsmi müqavilə imzalaması gözlənilir. "Lazio" və "Liverpul" arasında braziliyalı havbekin transferi ilə bağlı anlaşma hələ iyulun 14-də əldə edilmişdi. Tərəflər 5.6 milyon avroya razılaşmışdı.

"Liverpul"un yarımmüdafiəçisi Lukas Leyva karyerasını "Lazio"da davam etdirəcək. Təcrübəli futbolçu Romaya gələrək tibbi müayinədən keçib. Yaxın saatlarda onun rəsmi müqavilə imzalaması gözlənilir. "Lazio" və "Liverpul" arasında braziliyalı havbekin transferi ilə bağlı anlaşma hələ iyulun 14-də əldə edilmişdi. Tərəflər 5.6 milyon avroya razılaşmışdı. Roma klubu Leyva ilə "Milan"a satdığı Lukas Bilyanın boşuluğunu doldurmağa çalışacaq.

Lukas 2007-ci ildən "mersesaydlılar"ın şərəfini qoruyurdu. O, "Gremio"dan 10 milyon avro qarşılığında transfer olunmuşdu. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31