Nəsimi Rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı
İyulun 18-də Nəsimi Rayon İcra Hakimiyyətində 22 iyul Milli Mətbuat günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif bildirib ki, Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
18 İyul 2017 16:16 Sosialİyulun 18-də Nəsimi Rayon İcra Hakimiyyətində 22 iyul Milli Mətbuat günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif bildirib ki, Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Asif Əsgərov vurğulayıb ki, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycan prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan "Əkinçi" qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə sıx əməkdaşlıq edir. Hazırda ölkəmizdə çoxtərəfli mətbuat və informasiya sistemi yaradılıb. Cəmiyyətin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılıb. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir: "Hazırda rayonda quruculuq-abadlıq işləri aparılır. "Abad məhəllə" də daxil olmaqla, ümumilikdə 18 layihə icra olunmaqdadır. Nəsimi Rayon İcra Hakimiyyəti ölkə mətbuatı ilə sıx əməkdaşlıq şəraitində çalışır. Çünki mətbuat rayon əhalisinə, eləcə də xaricdə yaşayan soydaşlarımıza Nəsimi rayonunda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verir". Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, indiyə qədər jurnalistlərin ən ağrılı məsələsi mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub. Lakin bu məsələ 2010-cu ildə həllini tapıb. Belə ki, cənab prezident İlham Əliyev mətbuat işçilərinin həyat şəraitini yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb və jurnalistlərə yeni mənzillər verilib. Hazırda bu proses davam etdirilir. Belə ki, jurnalistlər üçün inşa edilmiş ikinci binanın açılış mərasimi zamanı üçüncü binanın təməli qoyulacaq. Onun sözlərinə görə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu layihə davamlı olacaq. V.Səfərli əlavə edib ki, ilin sonuna qədər Nəsimi rayon İcra Hakimiyyəti ilə KİVDF rayonun sosil-iqtisadi inkişafı ilə bağlı fərdi jurnalist yazı müsabiqəsi elan edəcək. Sonda jurnalistlər mükafatlandırılıb.
Alim