"Bundan zərər çəkən İran özü olacaq"
Biz İranın Azərbaycanla bağlı siyasətinin yalnız üzdə olan tərəflərini deyil, digər tərəflərini də bilirik. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, İran Azərbaycanda kimisə ələ ala bilər: "İran pullarını qoyub ortaya, 4-5 nəfər yeyir. Bundan zərər çəkən İran özü olacaq". Politoloq vurğulayıb ki, İslam dinində müsəlman müsəlmanın qanını töksün, hakimiyyəti devirsin kimi məsələlər yoxdur. Bu islam deyil, qurama dindir. M. Əhmədoğlu əlavə edib ki, hər iki dövlətin prezidenti münasibətlərin inkişafı üçün bir çox işlər görür. Lakin bir qrup dindarlar bu münasibətlərin inkişafını istəmir.
18 İyul 2017 16:48 SiyasətBiz İranın Azərbaycanla bağlı siyasətinin yalnız üzdə olan tərəflərini deyil, digər tərəflərini də bilirik. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, İran Azərbaycanda kimisə ələ ala bilər: "İran pullarını qoyub ortaya, 4-5 nəfər yeyir. Bundan zərər çəkən İran özü olacaq". Politoloq vurğulayıb ki, İslam dinində müsəlman müsəlmanın qanını töksün, hakimiyyəti devirsin kimi məsələlər yoxdur. Bu islam deyil, qurama dindir. M. Əhmədoğlu əlavə edib ki, hər iki dövlətin prezidenti münasibətlərin inkişafı üçün bir çox işlər görür. Lakin bir qrup dindarlar bu münasibətlərin inkişafını istəmir.
M. Əhmədoğlu həmçinin ermənilərin Alxanlıda törətdiyi qətldən danışıb. O qeyd edib ki, ermənilər təkcə Füzuli sakinlərinə deyil, XİN rəhbərlərinin Vyana görüşünə atəş açmışdı: "ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana təzyiq edir ki, danışıqlar masasına oturmalısan və münaqişə nizamlanmalıdır. Ermənilər də yaxşı başa düşür ki, Dağlıq Qarabağ ətrafı ərazilər Azərbaycana geri qaytarılmalı, sonra tədricən Dağlıq Qarabağın özü qaytarılmalıdır. Ermənilər buna görə danışıqlar ərəfəsində dinc sakinləri qətlə yetirdi".
Politoloq qeyd edib ki, ermənilər bu yolla danışıqları pozmağa çalışsalar da buna nail olmadılar. Azadinform.az