Gündəm
Bakı Ürək Mərkəzində konfrans keçirildi
18.07.2017-ci il tarixində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzində ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunan nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirildi. Tədbirdə Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, deputat R. Mahmudov, ET Kardiologiya institutunun Ürək çatışmazlığı şöbəsinin böyük elmi işçisi, professor T. Cahangirov və Elmi Cərrahiyə Mərkəzinin cərrahı, professor F.Abdullayev iştirak edirdi. Tədbirdə bildirildi ki, ürək-damar xəstəlikləri bütün dünyada əlillik və ölüm hallarına görə birinci yerdədir.
“Şərq” qəzetində yaradılan mətbuat muzeyinin açılışı oldu
"Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının təşəbbüsü ilə bu ilin martından başlayaraq Mətbuat Muzeyi ideyası həyata keçirilib. Üç ay gərgin zəhmətin nəticəsində "Şərq" qəzetinin giriş və foyesində, redaksiyanın 4 otağında Azərbaycan mətbuat tarixini əks etdirən eksponatlar hazırlanıb.
Azərbaycanda yeni telekanal açıla bilər
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu yeni televiziya kanalının açılmasını təklif edib. İnstitutdan verilən məlumata görə, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin "AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı ilə əlaqədar AMEA-nın Tarix İnstitutu tərəfindən təkliflər hazırlanıb və institutun Elmi Şurasının iclasında səsləndirilib.
Şagirdlərə yeni attestatların verilməsinə başlanıldı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi birtirən məzunlara yeni attestatlar verilir. İdarədən verilən məlumata görə, IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur.
Məlahət İbrahimqızı BMT Baş Məclisinin xüsusi sessiyasına qatılacaq
İyulun 19-da Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi sessiyası keçiriləcək. Məlumata görə, sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcək.Tədbirdə bir sıra ölkələrin, ö cümlədən Azərbaycan Hökumətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı hesabatı dinləniləcək, bu barədə müzakirələr aparılacaqdır. Səfər iyulun 22-də başa çatacaq.
Ölkəyə narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətlərini uğurla davam etdirirlər. DSX-dan “Olaylar”a verilən məlumata görə, sərhədçilərin sayıqlığı sayəsində “Astara” sərhəd nəzarəti məntəqəsində narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır.
Masallı sakinindən “F-1” qumbarası götürülüb
Masallı sakinində “F-1” qumbarası aşkar edilib. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Keşlə dəmir yolu stansiyasının ərazisində Masallı rayon sakini Ziyafət İbadova məxsus “KamAZ” markalı avtomobilə baxış zamanı “F-1” qumbarası və 1 ədəd alışdırıcı aşkar edilərək götürülüb.
Yevlax sakinindən “Makarov” götürülüb
Yevlax şəhər sakinindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax şəhər sakini Qnyaz Bəkirovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. Faktla bağlı araşdırma aparılır.
“Mersedes” piyadanı vurub öldürdü
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 17-də saat 22 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Firuz Cavadov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Babək rayon sakini Mehman Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Gömrükçülər külli miqdarda telefon müsadirə ediblər
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "BMV-520" markalı RN 126 NR nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlin və digər yollarla keçirilən mobil telefonların olması barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində həmin avtomobil Qazax rayonunun Salahlı kəndi ərazisində saxlanılıb və Gürcüstan vətəndaşı İusubov Einar Azad oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindəki karton qutunun içindəki sellofan torbalarda mobil telefonlar olduğu müəyyən edilib.
Həbsdəki oğluna mobil telefon ötürmək istədi
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Baş idarə və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.
Putin hökumət üzvlərinə dondurma qonaqlığı verdi
Bu gün Moskva yaxınlığındakı Jukovskoye şəhərində MAKS aviasalonunu ziyarət etmiş Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin üzvlərinə dondurma qonaqlığı verib.
Babək prospektindəki tunel yenə çökdü
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakının Babək prospektində tuneldə yolun çökməsi xəbərinə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli özəl açıqlamasında bildirib ki, həmin ərazidə çökmə asfaltın alt qatında su sızması nəticəsində baş verib.
"Regionlarda istirahət edən turistlərin sayı artır"
Paytaxt Bakı ilə yanaşı, regionlarda da istirahət edən turistlərin sayı günbəgün artır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bunu Şəmkir şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə deyib.
6 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Ötən gün DİN-in müvafiq qurumları tərəfindən bu sahədə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.














