Ölkəyə narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətlərini uğurla davam etdirirlər. DSX-dan “Olaylar”a verilən məlumata görə, sərhədçilərin sayıqlığı sayəsində “Astara” sərhəd nəzarəti məntəqəsində narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətlərini uğurla davam etdirirlər. DSX-dan "Olaylar"a verilən məlumata görə, sərhədçilərin sayıqlığı sayəsində "Astara" sərhəd nəzarəti məntəqəsində narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır. 16.07.2017-ci il tarixdə İrandan Azərbaycana qayıdan Cəlilabad şəhər sakini 1989-cu il təvəllüdlü Abıyev Səbuhi Zakir oğlunun davranışı şübhə doğurduğundan saxlanılaraq üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı zərurət yarandığından vətəndaşın daxili orqan­ları həkim müayəinəsindən keçirilmiş və nəticədə düz bağırsağından narkotik vasitələr olan 242 qram həşiş, 56 qram kokos, 72 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31