Gündəm
Co Hartın yeni komandası bilindi
"Mançester Siti"nin qapıçısı Co Hart karyerasını yenidən İngiltərədə davam etdirəcək. Ulduz futbolçu müqavilə ilə məxsus olduğu klubda deyil, "Vest Hem"də çıxış edəcək. Çünki London təmsilçisi onu 1 illik icarəyə götürüb. Anlaşmaya görə, Hartın həftəlik məvacibi 175 min funt-sterlinq olacaq. Maraqlıdı ki, bu məbləğin 55 min funt-sterlinqini "Mançester Siti" ödəyəcək.
Rakkadan qaçan İŞİD gəlinlərinin ŞOK ETİRAFLARI - Seks və qadın düşkünləridirlər
ABŞ-ın dəstəyi ilə Rakka şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatı davam edir. "CNN" telekanalı bir qaçqın düşərgəsində yaşayan terrorçuların arvadları ilə görüşüb. Müsəlman, dindar kişilərlə yeni bir həyat qurmaq ümidi ilə Rakkaya gedən bir çox qadının xəyalları paramparça olub. İndoneziyalı bir qadın "cihat deyirlər, amma sadəcə qadın və seks barədə düşünürlər"-deyib.
"Qəbələ" Varşavada hazırlığını davam etdirir
UEFA Avropa Liqasının II təsnifat mərhələsində Polşanın "Jagiellonia" klubu ilə qarşılaşacaq "Qəbələ" iyulun 20-də keçiriləcək cavab oyununun hazırlığını davam etdirir. Görüşə Polşanın paytaxtı Varşavada hazırlıq keçən "qırmızı-qaralar" iyulun 17-də növbəti məşqini gerçəkləşdirib. Baş məşqçi Roman Qriqorçukun yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli "Drukarz" klubunun stadionunda baş tutub. "Qırmızı-qaralar" toplu və topsuz çalışmaları yerinə yetiriblər.
"Neftçi"nin sabiq hücumçusu Cənubi Koreya klubuna keçdi
2010-cu ildə icarə əsasında "Neftçi"yə cəlb olunan və 4 mövsüm Bakı klubunda forma geyinən Bahodir Nasimovun yeni klubu müəyyənləşib. Özbəkistan millisinin 30 yaşlı üzvü kareyarısını Cənubi Koreyada davam etdirəcək. Təcrübəli forvard "Ansan Griners" klubu ilə müqavilə imzalayıb. Nasimovun son klubu ölkəsinin "Bunyodkor" olub.
Avtomobil şüşələrindəki bu qara nöqtələrin nə üçün olduğunu bilirsiniz?
Müasir nəqliyyat vasitələrinin şüşələrindəki qara nöqtələr haqda yazını təqdim edirik: Məlum olub ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünən bu hissə əslində çox gərəkli funkisiyaları yerinə yetirir. Bu qara ləkələrin elmi adı frittdir. Onların üzərindəki rəng qatı isə keramikadır. Bu keramik nöqtələr şüşələrin künclərinə yapışdırılıb, istilik kameralarında qızdırılır. Keramik boyanın başlıca məqsədi, şüşənin yapışdırıldığı mastikləri ultrabənövşəyi şüalardan qorumaqdır. Günəş şüaları kleyin tərkibindəki poliuretana mənfi təsir göstərib, tərkibini dəyişə bilir. Odur ki, şüşələrin kənarlarındakı qeyri-şəffaf qara zolaq bu arzuolunmaz halın qarşısını alır.
Runinin "Everton"a qayıtması azarkeşə pul qazandırdı
İngiltərə futbolunda maraqlı hadisə baş verib. Ueyn Runinin "Everton"a dönməsi azarkeşlərdən birinə pul qazandırıb. Belə ki, "Mançester Siti"nin fanatı Cordan Faukett 2010-cu ildə Runinin "Mançester Yunayted"dən ayrıldıqdan sonra "Everton"a qayıdacağına dair mərc qoyuluşu edib. Ulduz futbolçu 2004-cü ildə ayrıldığı Liverpul təmsilçisinə bu yay dönüb.
İşlədiyi restoranın pulla dolu seyfini oğurladı - Bakıda
Bakıda restorandan içərisində xeyli pul olan seyfi oğurlanıb. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 16-da Yasamal rayonu ərazisindəki restoranlardan birinin sahibi iş otağından içərisində pul olan seyfin oğurlanması barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edib. O, izahatında hadisənin bir gün əvvəl baş verdiyini, lakin aradan ötən müddətdə öz axtarışlarının nəticə vermədiyini bildirib.
"Roma" əlcəzairli futbolçu ilə razılığa gəldi
"Roma" heyətini gücləndirmək üçün "Leicester City"dən Riyad Mahrezi transfer etməyə çalışır. Paytaxt klubu 3 təklifinin geri çevrilməsinə baxmayaraq fikrindən daşınmaq istəmir.
Bakı şəhər prokurorluğunun 5 əməkdaşı işdən çıxarıldı
"Bu ilin ilk yarısında Bakıda 6644 cinayət hadisəsi qeydə alınıb". Bunu Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2017-ci ilin I yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.
Qurban Qurbanov: "Biz nəsə sübut etmək yox, xalqımız üçün meydana çıxırıq"
"Mən azərbaycanlıyam, Azərbaycanımı da sevirəm və bunu da bilirəm ki, Qarabağ bizimdir". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Samtredia" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Klubun rəsmi saytında Q.Qurbanovun adında daha sonra bu açıqlama yayılıb: "Qarabağ adının məsuliyyətini anlayıram. Bu ad üçün mübarizə aparmaq hər birimizin mənəvi borcudur. Biz nə isə sübut etmək yox, xalqımız üçün meydana çıxırıq".
Qonaq gəldi: qadının yatmağını gözləyib, otağına girdi...
Qohumun evindən quldurluq etməkdə təqsirləndirilən Səbuhi Həmidovun cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədirliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən S.Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, S.Həmidov 2017-ci ilin mart ayında qohumu və qonşusu olan Habil Sultanovun dəvəti ilə onun evinə gəlib, spirtli içki içdikdən sonra tamah məqsədi ilə evdən qızıl və pul oğurlamaq istəyib.
Folprext: "Azərbaycan karyerama görə təəssüflənmirəm"
"Neftçi"nin ötən mövsüm "Slovan"dan icarəyə götürdüyü Zdenek Folprext Azərbaycan haqqında danışıb. Çexiyalı yarımmüdafiəçi bunları deyib: "Bakı mənim çox xoşuma gəldi. Həm futbol, həm ətraf mühit, ümumiyyətlə hər şey yaxşı idi. Azərbaycanın paytaxtı gözəl şəhərdir.
Ulduz futbolçu müqavilə bağladıqdan 8 gün sonra karyerasını bitirdi
İtaliya yığmasının keçmiş hücumçusu Antonio Kassano gözlənilməz hərəkətlə diqqət çəkib. Ulduz futbolçu karyerasını bitirdiyini açıqlayıb. Gözlənilməzliyi burasındadı ki, 35 yaşlı forvard 8 gün əvvəl "Verona" klubu ilə 1 illik müqaviləyə qol çəkmişdi. Klub hətta onun üçün təqdimat mərasimi də təşkil etmişdi. Lakin artıq şəhəri tərk edən veteran oyunçu butslarını mıxdan asdığını bəyan edib.
Şort geydiyi üçün avtobusda tələbə qızı döydü
Türkiyədə Ercan adlı şəxsin avtobusda qızı şort geydiyi üçün "Ramazan ayında belə geyinərlər?, Sənin Allahın yoxdur?" deyərək şillələdiyi haqda xəbər vermişdik.
Xuraman: "Natavan mənə görə toyda heç kimə içki vermədi"
Xəbər verdiyimiz kimi, dünən müğənni Natavan Həbibi və reper Dado Əliyevin toyu baş tutub. Toyda şou-biznes nümayəndələrin yarıdan çoxu iştirak edib. İllərdi Natavanla yaxın rəfiqə olan Xuraman Şuşalı açıqlamasında Natavanın toyunda içki olduğu üçün iştirak etməyəcəyini demişdi. Amma toyda ən fəal iştirak edən elə Xuraman olub.














