Co Hartın yeni komandası bilindi
"Mançester Siti"nin qapıçısı Co Hart karyerasını yenidən İngiltərədə davam etdirəcək. Ulduz futbolçu müqavilə ilə məxsus olduğu klubda deyil, "Vest Hem"də çıxış edəcək. Çünki London təmsilçisi onu 1 illik icarəyə götürüb. Anlaşmaya görə, Hartın həftəlik məvacibi 175 min funt-sterlinq olacaq. Maraqlıdı ki, bu məbləğin 55 min funt-sterlinqini "Mançester Siti" ödəyəcək.
18 İyul 2017 18:55 İdman"Mançester Siti"nin qapıçısı Co Hart karyerasını yenidən İngiltərədə davam etdirəcək. Ulduz futbolçu müqavilə ilə məxsus olduğu klubda deyil, "Vest Hem"də çıxış edəcək. Çünki London təmsilçisi onu 1 illik icarəyə götürüb. Anlaşmaya görə, Hartın həftəlik məvacibi 175 min funt-sterlinq olacaq. Maraqlıdı ki, bu məbləğin 55 min funt-sterlinqini "Mançester Siti" ödəyəcək.
Qeyd edək ki, Co Hart ötən mövsümü icarə əsasında "Torino"da keçirib. Apasport.az