Gündəm
Xoşbəxt evlilik kişilərdə iflic təhlükəsini azaldır?
Əgər siz kişisinizsə, xoşbəxt evlilik iflic təhlükəsini azalda bilər. Bu nəticəyə alimlər gəliblər. 10 000 israilli arasında aparılan araşdırma işi göstərib ki, subay və özlərini ailədə bədbəxt hiss edən kişilərin iflic təhlükəsi xoşbəxt evliliyi olan kişilərdən daha çoxdur.
Diqqət: Beynin qocalmasının qarşısını necə almalı?
ABŞ-da aparılmış son araşdırmalara görə, insan yaşa dolduqca onun beyin hüceyrələri ölmür. Stenford Universitetinin neyrobioloqu, professor Con Morrisonun rəhbərlik etdiyi qrupun apardığı tədqiqatlar nəticəsində bəlli olmuşdur ki, insan yaşa dolduqca onun beynindəki sinapslar, yəni sinir qovşaqları arasındakı bağlantılar qopur.
Qoyun əti yüksək xolesterinə qarşı əla vasitədir
Alimlər xolesterinin səviyyəsinin aşağı salınması üçün qoyun ətindən istifadəni məsləhət görürlər. ABŞ-dakı Pensilvaniya Universitetinin əməkdaşlarına görə, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin, xüsusilə də “ziyanlı xolesterin”in ümumi göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Bu fakt isə ürək xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır.
Mürgüləmək beynin qavrama gücünü artırır
Gün ərzində mürgüləmək beynin yeni informasiyanı qəbul etmək imkanlarını artırır. Amerikalı alimlər araşdırma işi üçün 90 nəfər könüllüdən istifadə edib. Bu adamlar bütün gün ərzində ayıq qalanlardan dərketmə sınaqlarında daha yaxşı nəticələr əldə ediblər. Kaliforniya Universitetinin nəticələri konfrans zamanı təqdim edilib. Britaniyada mənzillənən mütəxəssis deyib ki, yuxunun yaddaşı artırmaq kimi imkanını sadəcə olaraq yorğunluqdan ayırmaq çətindir.
Qohumla ailə quranlar, mütləq bu müayinədən keçin!
Suala cavab vermək üçün müasir tibbin inkişafına diqqət yetirmək, gələcək nəslin sağlam olmasının vacibliyini vurğulamaq lazımdır. Bu gün Azərbaycanda genetik laboratoriyaların ən yüksək şəkildə xalqa xidmət etməsi əslində böyük tibbi təkamülün nəticəsidir. İllər əvvəl ABŞ-da insanın genetik kodlarını müəyyənləşdirmək insanların taleyini yazmaq kimi açıqlanırdı. Genetik baxımdan sağlam nəslə sahib olmaq, əslində, hər dövlət üçün böyük uğurdur. Çünki genetik müayinələrin əsas məqsədi sağlam nəsil yetişdirməkdir. Bu gün genetik müayinə ilə sadəcə genetik xəstəlikləri müəyyənləşdirmək deyil, eyni zamanda, xroniki xəstələrin həyat komfortunu təmin etmək mümkündür.
Diyetoloqlar: Halva sinir sistemini möhkəmləndirir
Diyetoloqlar təbii xammaldan hazırlanmış sağlam şirniyyatlara üstünlük verməyi, yəni həm faydalı, həm də dadlı ərzaqlardan istifadə olunmasını tövsiyə edirlər. Alimlərin apardıqları tədqiqat sayəsində məlum olub ki, halva orqanizmi cavanlaşdıran və sağlamlığı yaxşılaşdıran qəribə xassələrə malikdir. Məsələn, halva sinir sistemini möhkəmləndirir, habelə qan dövranının yaxşılaşmasına kömək göstərir. Əgər halva bütün resept şərtlərinə əməl etməklə hazırlanmışsa, onun tərkibi mikroelementlərlə, yəni natrium, kalium, fosfor, maqnezium, mis, protein, sink, dəmir, habelə müxtəlif ərzaq turşuları ilə zəngin olur.
Qadınlar kişilərdən daha çox tənhalığa meyllidir...
Araşdırmalar işi göstərib ki, qadınlar kişilərdən daha çox tənhalıq xəstəliyinə yoluxa bilər. Üç universitetin apardığı araşdırma işi göstərib ki, dostlarını itirməzdən öncə tənha adamlar öz kədərli hislərini ətrafındakılara ötürürlər. Bu isə, infeksiyalı xəstəlik kimi yoluxucu xüsusiyyətə malikdir.
Kibertəhlükəsizlik üzrə mütəxəssislərə tələbat kəskin artıb
“Cybersecurity Ventures” şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ildə dünyada kibercinayətkarlıq fəaliyyəti nəticəsində dəyən ziyanın (məlumatların məhv edilməsi, pul və intellektual mülkiyyətin oğurlanması, iş vaxtının itirilməsi və s. ilə əlaqədar) məbləği 3 trilyon dollara çatıb, 2021-ci ilədək isə bu göstəricinin 6 trilyon dollaradək artacağı gözlənilir.
DİM: Yeni tədris standartlarına uyğun dərs vəsaitləri hazırlanacaq
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə yeni tədris proqramları (kurikulum) əsasında hazırlanması planlaşdırılan Azərbaycan dili, rus dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya fənlərindən vəsaitlərin təklif olunan müəllif qrupları arasında görüş keçirilib.
“Ağıllı” parçadan idman geyimi hazırlanacaq
Harvard Universitetinin alimləri geyim istehsalı üçün istifadə oluna biləcək “ağıllı” parça hazırlayıblar. Əlavə cihazların quraşdırılmadığı parça öz-özlüyündə böyük cihaz şəklindədir.
Görmə və eşitməni bərpa edəcək beyin implantı hazırlanır
İnsanlara eşitmə və görmə qabiliyyətini qaytara biləcək müasir texnologiyalar adətən hissiyyat orqanlarının bərpasına yönəlib. Lakin ABŞ-ın Rays Universitetinin mütəxəssisləri başqa yol seçərək informasiyanı kənar qurğulardan qəbul etdikdən sonra məlumatları emal edən və müəyyən beyin hissələrini stimullaşdırmaqla görmə və eşitmə qabiliyyətinin itirilməsini bərpa edən “FlatScope” beyin implantı yaradıblar.
Tanınmış türk aktyor boşandı
Təxminən iki il əvvəl nikah masasına oturan aktyor Hakan Meriçliler və xanımı Ayşe Acar boşanıb. Boşanmaya Ayşenin əvvəlki evlilikdən olan əkizləri Defne və Egenin təhsili üçün Kanadaya getmək qərarı səbəb olub.
Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT
Bu gün bütün dünya xalqaları sözün əsl mənasında yəhudilərə həsədlə yanaşır. Çünki, onlar yanaşdıqları hər işdə uğur qazanıb, inamla irəliləyirlər. “Kasıb yəhudi” onların ən qısa lətifəsidir. Çünki yəhudilər düzgün üsullardan istifadə edərək varlanmağın bütün yollarına bələddirlər.
Ozan Can meydanda, Dəniz kənarda
Millimizin futbolçuları Dəniz Yılmaz və Ozan Can Kökcünün şərəfini qoruduğu "Bursaspor" Avstriyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komanda İngiltərə Çempionşip təmsilçisi "Lids"lə üz-üzə gəlib. Matç "Bursaspor"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Ali Məhkəmə Akif Çovdarovun şikayətini təmin etməyib
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hazırda həbsdə olan idarə rəisi, generalı Akif Çovdarovun kassasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.














