Gündəm
Tərtərdə 24 min əhalinin yaşadığı 20 kəndin yolu yenidən qurulur
20 yaşayış məntəqəsini birləşdirən Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı işlərə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 29,5 km olan avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur.
Dini Komitə Qəbələdə tədbir keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icmasının “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mehman Şəfiyev layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Cavid Qurbanov avstriyalı nazirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Atəşkəsin pozulması halları intensivləşir
"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 149 dəfə pozub.
Çempionlar Liqasına II təsnifat mərhələsinin 7 cavab oyunu keçirilib
Çempionlar Liqasında II təsnifat mərhələsinin 7 cavab oyunu baş tutub. Oyunların cəmi 1-də meydan sahibləri qalib gəlib. "Vardar" Çempionlar Liqasının qrup mərhələsində oynamış "Malmö" klubunu məğlub edərək mübarizədən kənarlaşdırıb.
Yoxa çıxan qızın son Facebook statusu polisi hərəkətə keçirdi: otağından məktub tapıldı
İzmirdə yaşayan Selin Savaş 3 gün əvvəl "Beyin əməliyyatına gedəcəyəm" deyərək getdiyi xəstəxanadan çıxdıqdan sonra yoxa çıxıb.
Suriyalı qaçqınların düşərgəsində partlayış: Ölən və yaralananlar var
İordaniya-Suriya sərhədində suriyalı qaçqınların məskunlaşdığı Rakban düşərgəsində partlayış baş verib. Hadisə nəticəsində bir ailədən 2-si uşaq olmaqla 3 nəfər həlak olub, eləcə də 2-si azyaşlı olmaqla 3 nəfər yaralanıb. Həmin ailənin yaşadığı çadırda partlayışın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Bakının mərkəzində BİABIRÇILIQ - Azərbaycanlı qız ərəblə qiymət danışır
"Bu gün cəmi 20 dəqiqə "Tarqovu"da oldum. Bu 20 dəqiqə ərzində 3 qız ərəbə nömrəsini verirdi, biri qiymətdə razılığa gələ bilmirdi, biri də dodağının altında danışa-danışa ərəblərin yanından o yana gedir, bu yana gedirdi. Guya diqqət çəkməyə çalışırdı. Ərəblərin o qıza lağla gülməyi sadəcə utancverici idi".
"Dağlıq Qarabağ münaqişəsi MDB məkanında birliyə mane olan əsas məqamdır"
"MDB ərazisindəki qanlı münaqişələrdən çıxış yolu hələlik görünmür". Bunuaçıqlamasında Rusiya prezidenti yanında insan haqqları və vətəndaş cəmiyyətinin inkişafı məsələləri üzrə Şuranın üzvü, tanınmış siyasətçi və publisist İrina Xakamada deyib.
255 yaşlı skripka səhnəyə çıxacaq
“Yüksələn ulduz” adıyla məşhurlaşan italiyalı musiqiçi Leticia Moreno 12-16 avqust tarixlərində Türkiyənin Bodrum şəhərində keçirilən musiqi festivalında çıxış edəcək. Rusiya Dövlət Simfonik Orkestrinin müşayiəti ilə səhnəyə çıxacaq sənətçi 255 yaşlı skripkasında klassik Avropa musiqisindən nümunələr ifa edəcək.
Mətbuat Şurası jurnalist Qulu Kəngərlini təltif edib
Mətbuat Şurası Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Orta Asiya üzrə xüsusi müxbiri Qulu Kəngərlini 60 illik yubileyi və jurnalistika sahəsindəki çoxillik səmərəli fəaliyyəti ilə əlaqədar xüsusi diplomla təltif edib. Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov uzun illərdən bəri tanıdığı yubilyarı peşəsinə sadiq, ziyalı mövqeyinə malik jurnalisti kimi dəyərləndirib. O, Şuranın xüsusi diplomunu Q.Kəngərliyə təqdim edib. Q.Kəngərli etimada görə təşəkkürünü bildirib.
Avtomobil ticarət mərkəzinə girdi
Baş Qərargahda yanğın həyacanı
Meşə yanğınları davam edir
Portuqaliyaya meşə yanğınları qayıdıb. Ölkənin şimalında Alijo bələdiyyəsində daha ağır vəziyyət yaranıb. Alov artıq bir neçə gündür səngimək bilmir və onu nəzarətə götürmək hələlik mümkün olmayıb. Hadisə yerində 400 yanğınsöndürən işləyir, bir neçə yüz hərbçi onların köməyinə gəlib.
DİQQƏT! Günvurma zamanı İLK TİBBİ YARDIM belə olmalıdır
İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 31 nəfər müraciət edib. Onlardan 12 nəfəri xəstəxanaya yerləşdirilib. Bəs günvurmanın əlamətləri hansılardır? Zərər çəkənə ilk tibbi yardım hansı formada göstərilməlidir?














