Tərtərdə 24 min əhalinin yaşadığı 20 kəndin yolu yenidən qurulur
20 yaşayış məntəqəsini birləşdirən Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı işlərə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 29,5 km olan avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur.
19 İyul 2017 11:42 Sosial20 yaşayış məntəqəsini birləşdirən Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı işlərə start verilib. "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 29,5 km olan avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur. Tikinti layihəsinə uyğun olaraq 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Bura 7 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2.5 metr enində çiyinlər də daxildir. Layihə çərçivəsində sözügedən yolun 18 km-lik hissəsində torpaq işləri görülərək yekunlaşdırılıb, asfaltlanma işlərinə başlanılıb. Belə ki, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınıb, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq ye yol yatağı, optimal-qırmadaş və qum-çınqıldan ibarət isə yol əsasının tikintisi aparılıb. Daha sonra asfaltlanma işlərinə başlanılıb. Ümumilikdə yolun 200 min m2-dən çox sahəsinə 2 qat olmaqla və 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. Yenidənqurma işləri çərçivəsində yolun 18-ci km-də Hincə çayı üzərində uzunluğu 12 metr olan və istismarı başa çatmış körpünün də əsaslı şəkildə bərpası işləri görülür. Bundan başqa suların ötürülməsi üçün 42 yerdə müxtəlif diametrli dəmir-beton suötürücü borular da quraşdırılacaq.