Gündəm
Bu çimərliklərdə gürzələr var
Qızmar yay aylarının başlaması ilə birlikdə ilan və həşərat sancmalarının sayı da artır.
Əmək Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarımilinə dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Azərbaycanda iki yüksək vəzifəli məmur quda oldu
Azərbaycanda daha iki yüksək vəzifəli məmur bir-biri ilə quda olub. Bir neçə gün öncə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı ailə həyatı qurub.
"FETÖ-nün 14 milyard dollarlıq əmlakı dövlətə keçib"
Türkiyənin Ədliyyə Nazirliyi FETÖ terror təşkilatı ilə bağlı xüsusi iclas keçirib. Nazir Bəkir Bozdağın rəhbərliyi ilə keçirilən iclasda təşkilata qarşı mübarizənin maliyyə məsələləri ilə bağlı müzakirələr aparılıb.
Semih Kaplanoğlundan yeni film
Ssenariri və rejissorluğu Semih Kaplanoğluna məxsus "Buğda" (Grain) filmindən ilk fragment yayınlanıb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, İngilis dilində və çəkilişləri 5 il davam edən film avqustun 12 – də 23 cü Sarayevo Film Festivalında nümayiş olunacaq. "Bal", "Süd" və "Yumurta" trilogiyasının rejissoru Kaplanoğlunun "Buğda" filmində baş rolları Jean-Marc Barr, Ermin Bravo, Qriqori Dobrygin və Cristina Flutura oynayır.
Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşünə hazırlıq müzakirə edilir
"Bu gün Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri üç ölkənin dövlət başçılarının sammitinə hazırlıq məsələsini müzakirə edirlər". Bunu Bakıda mətbuat konfransında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Axşam saatlarında evinə gedən qadına küçənin ortasında kabus yaşatdı
Bursada evinə gedən gənc qadına təcavüz edən şübhəliyə hökm oxunub. Hadisə bu ilin fevral ayında baş verib. Dayanacaqda avtobusdan düşüb evinə gedən S.H.-nin (35) arxasına bir adam düşüb. Bir müddət gənc qadını təqib edən şübhəli sonra onu zorlamaq üçün hücum edib. Qadın müqavimət göstərərəkən, şübhəli onu döyərək qaçıb.
Rəis oğlu piyadanın üstündən keçdi
İyulun 18-də Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları bəlli olub. Məlumata görə, piyadanın üstündən keçən “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin Türkiyə vətəndaşına yox, Azərbaycan vətəndaşına məxsusdur. Belə ki, hadisənin Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədildiyi üzə çıxıb.
Tanınmış şairənin səhhəti pisləşdi
Tanınmış şairə, publisist, tərcüməçi Afaq Şıxlının səhhəti qəfildən pisləşib. Afaq xanım yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilib. Hazırda müayinə və müalicə olunduğunu deyən şairə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını qeyd edib: "Ürəyim xəstə olsa da həkimə getmirdim, qəfildən halım pisləşdi və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıldım. İki gündür ki, müayinələr aparılır, eyni zamanda dava-dərman olunur.
7 nəfər soyuqdan dondu
Argentidada görünməmiş soyuqlar 7 nəfərin ölümünə səbəb olub. Neuquen və Misiones bölgəsində 2 nəfər donmadan həlak olub. Şaxta qurbanlarının hər ikisinin yaşlı olduğu deyilir. Digər 5 qurban isə donmadan deyil, havanın kəskin soyuq olması ilə əlaqədar istifadə etdikləri sobanın qaz sızmasından həlak olublar.
Gürcüstan sərhəd xəttini 200 metr irəli çəkib?
Son günlər bəzi informasiya resurslarında guya Gürcüstan sərhədçilərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, bu məlumatlar həqiqətə uyğun deyil və internet resurslarında bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.
Ermənistan-Rusiya münasibətləri kəskin şəkildə pisləşib - AKTUAL
Rusiyanın son dövrlər ərzində Azərbaycana ən müasir silahlar, müdafiə kompleksləri və s. hərbi-texniki avadanlıqlar satması bu ölkənin "for-post"u olan işğalçı Ermənistanın hərbi-siyasi və ictimai dairələrini qıcıqlandırmaqdadır. Ümumiyyətlə, ötən müddət ərzində, xüsusilə ötən ilin aprel müharibəsinin ardınca Ermənistanda anti-Rusiya çıxışlarının sayı durmadan artır. Yeri gəlmişkən, işğalçı ölkənin prezidenti Serj Sarkisyan “Armeniya” telekanalına müsahibəsində Rusiyanın Azərbaycanı silahlı təchiz etməsini erməni-rus münasibətlərində ən ağrılı nöqtə kimi qiymətləndirmişdi. Hətta Sarkisyan uzun illərdir hesabına hakimiyyətini saxladığı Rusiyaya dolayı yolla həədə də gəlmişdi. “Hələlik, elə də ciddi hadisə baş verməyib, ancaq nə vaxtsa bu olacaq və onda münasibətimiz dəyişəcək”-deyə Sarkisyan xəbərdarlıq ritorikası ilə fikir bildirmişdi.
Azərbaycan prezidenti Türkiyə XİN rəhbəri ilə Qarabağ məsələsini müzakirə edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Prezident İlham Əliyev bu gün Bakıda keçiriləcək Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşünün önəmini qeyd edərək, bu tədbirdə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına, üçtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün müvafiq qərarların qəbul ediləcəyinə əminliyini bildirib.
Putin və Tramp məxfi görüşdə nə danışdılar? – Ağ Evdən AÇIQLAMA
“Rusiya və ABŞ prezidentlərinin Hamburqda G20 sammiti çərçivəsində şam yeməyindən sonra keçirdiyi “qısa danışığı” dəyərli görüş adlandırmaq olmaz”. Bu haqda Ağ Evin nümayəndəsi jurnalistlərə bildirib. “Tramp və Putin arasında heç bir “ikinci görüş” olmayıb, yalnız naharın sonunda edilən qısa danışıq idi. Ağ Evin ikinci görüş faktını gizlətməyə çalışması barədə deyilənlər yanlışdır və tamamilə cəfəngiyatdır”, - Amerika prezident administrasiyasının nümayəndəsi deyib.
75 il sonra buzlaqda tapıldılar - ŞOK
İsveçrə Alplarının Tsanfleuron buzlağında həftə sonu tapılan 2 donmuş cəsədin, 75 il əvvəl itən bir cütlüyə aid olduğu güman edilir. Yan-yana duran donmuş cəsədlərə 2 min 600 metr yüksəklikdə təsadüfən rast gəlinib.













