Axşam saatlarında evinə gedən qadına küçənin ortasında kabus yaşatdı

Bursada evinə gedən gənc qadına təcavüz edən şübhəliyə hökm oxunub. Hadisə bu ilin fevral ayında baş verib. Dayanacaqda avtobusdan düşüb evinə gedən S.H.-nin (35) arxasına bir adam düşüb. Bir müddət gənc qadını təqib edən şübhəli sonra onu zorlamaq üçün hücum edib. Qadın müqavimət göstərərəkən, şübhəli onu döyərək qaçıb.

Qadın polisə xəbər verdikdən sonra, təhlükəsizlik kameralarını araşdıran Bursa Təhlükəsizlik İdarəsinin əməkdaşları şübhəlinin Həsən U. (23) olduğunu müəyyənləşdiriblər. Bir çox cinayətdə adı hallanan şübhəli Çekirge saxlanılıb. Təhlükəsizlik kamerasına əks olunan hadisədən sonra prokurorluğa aparılan şübhəli həbs olunub.

Şübhəli haqqında Bursa 4-cü Ağır Cəza Məhkəməsində 20 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb. Şübhəli: "Hadisə gecəsi narkotik istifadə etdim. Yol ilə getdiyim zaman qadını gördüm. Təqib etdim və yeraltı keçiddə hücum etdim. Qadın mənə müqavimət göstərib, ayağıma təpiklə vurdu. Bu məqamda bir nəfərin qışqırmağından sonra qaçdım", - deyib.

Məhkəmə təqsirkara 9 il həbs cəzası verib. Milli.az Hürriyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31