Putin və Tramp məxfi görüşdə nə danışdılar? – Ağ Evdən AÇIQLAMA

“Rusiya və ABŞ prezidentlərinin Hamburqda G20 sammiti çərçivəsində şam yeməyindən sonra keçirdiyi “qısa danışığı” dəyərli görüş adlandırmaq olmaz”.  Bu haqda Ağ Evin nümayəndəsi jurnalistlərə bildirib. “Tramp və Putin arasında heç bir “ikinci görüş” olmayıb, yalnız naharın sonunda edilən qısa danışıq idi. Ağ Evin ikinci görüş faktını gizlətməyə çalışması barədə deyilənlər yanlışdır və tamamilə cəfəngiyatdır”, - Amerika prezident administrasiyasının nümayəndəsi deyib.

"Rusiya və ABŞ prezidentlərinin Hamburqda G20 sammiti çərçivəsində şam yeməyindən sonra keçirdiyi "qısa danışığı" dəyərli görüş adlandırmaq olmaz".  Bu haqda Ağ Evin nümayəndəsi jurnalistlərə bildirib. "Tramp və Putin arasında heç bir "ikinci görüş" olmayıb, yalnız naharın sonunda edilən qısa danışıq idi. Ağ Evin ikinci görüş faktını gizlətməyə çalışması barədə deyilənlər yanlışdır və tamamilə cəfəngiyatdır", - Amerika prezident administrasiyasının nümayəndəsi deyib.

ABŞ və Rusiya liderlərinin "məxfi görüşü" ətrafında qalmaqal "Eurasia Group" beynəlxalq konsultinq şirkətinin rəhbəri Yan Bremmerin müsahibəsindən sonra qopub. O, "Bloomberg" agentliyi ilə söhbətində bildirib ki, iki lider birinci rəsmi görüşdən sonra bir saata yaxın danışıqlar aparıb. Ağ Evin bu danışıq haqqında məlumat verməməsi isə "məxfi görüş" barədə iddiaların ortaya çıxmasına səbəb olub.

Məlumata görə, prezidentlər Hamburqda şam yeməyi zamanı görüşüblər. Donald Tramp ayağa qalxaraq Putinin yanındakı boş stolda əyləşib və yalnız Rusiya prezidentinin tərcüməçisinin iştirak etdiyi danışıqlar 1 saatdan artıq davam edib.

Xatırladaq ki, prezidentlərin sammit çərçivəsində 7 iyulda baş tutan rəsmi görüşü 2,5 saat davam etmişdi. Görüşün daha əvvəl 45 dəqiqə davam edəcəyi gözlənilirdi. Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31