Gündəm

İsrafçılığa gətirib çıxaran dəbdəbəli həyat tərzindən uzaqlaşmalıyıq

19 İyul 2017 13:23

Ölkələr iqtisadi cəhətdən inkişaf etdikcə onun əhalisinin sosial rifah halı da yaxşılaşır, insanlar normal şərtlər altında, sosial qayğılardan uzaq bir şəraitdə yaşayırlar. Hər keçən il iqtisadi cəhətdən əldə edilən nailiyyət və uğurlar isə əhalinin güzaranı, maddi rihafını daha da yaxşılaşdırır, cəmiyyətdə mövcud olan bir sıra sosial problemləri aradan qaldırır. Ancaq təəssüflər olsun ki, bəzi hallarda əldə edilən inkişaf, əhalinin sosial rihaf halının yaxşılaşdırılması istiqamətində atılan addımları cəmiyyət düzgün dəyərləndirə bilmir, bir sıra sahələrdə israfçılığa yol verir. Bu kimi misalları həm bizim ölkəmiz, həm də yaxın və uzaq ölkələrin timsalında göstərmək mümkündür.

Suriyada müharibə nəticəsində 330 mindən çox adam ölüb

19 İyul 2017 13:09

Suriyada hərbi toqquşmalar nəticəsində 330 mindən çox adam ölüb. Hüquq müdafiəçilərinin qiymətləndirməsinə əsasən, ölənlər arasında 100 minədək mülki şəxs, o cümlədən 18 mindən çox uşaq və 11,5 min qadın var. Hökumət qüvvələri 117 min hərbçi və könüllü itirib. Silahlı müxalifət, müxtəlif terror qruplaşmaların üzvləri və əcnəbi muzdlular arasında itkilərin sayı 115 min nəfər təşkil edir. 

Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçüləri əməkdaşlığı möhkəmləndirir - BƏYANAT

19 İyul 2017 13:05

Bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşünün yekunda "Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat" qəbul edilib.

Bakıda qaçırılan avtomobil Şamaxıda saxlanıb

19 İyul 2017 13:02

Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 19-da saat 1.00 radələrində naməlum şəxs Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində oturub Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qobustan qəsəbəsi ərazisində həmin şəxs sürücünü aldadaraq düşürüb və avtomobili qaçırıb.

Fransadan istefa xeberi

19 İyul 2017 13:01

Fransanın Baş Qərargah rəisi Pierre De Villiers prezident Emmanuel Makronla yaşadığı mübahisələrin ardınca vəzifəsindən istefa verib. Baş Qərargahdan verilən yazılı açıqlamada bildirilir ki, Villiers Fransanın və xalqının təhlükəsizliyi mövzusunda artıq kifayət qədər müdafiə bacarığı olmadığını etiraf edib.

DİM: Ümumi balı 150-dən az olmayan abituriyentlər ali məktəbə qəbul oluna bilərlər

19 İyul 2017 12:59

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qızmar hava davam edəcək

19 İyul 2017 12:54

İyulun 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

İnterpol daha bir azərbaycanlını axtarır

19 İyul 2017 12:50

İnterpol daha bir Azərbaycan vətəndaşını axtarışa verib.  1986-cı ildə Tacikstanda anadan olan Edqar Nəsirov Rusiya məhkəmə orqanları tərəfindən yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilib. R.Nəsirov istintaqdan yayındığı üçün Rusiya məhkəməsi onun haqqında həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan edib.

“Rabitə işi”ndə təqsirləndirilən şəxslər son söz deyib - YENİLƏNİB

19 İyul 2017 12:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib. Prosesdə təqsirləndirilən şəxslər son söz deyib. Vidadi  Zeynalov son sözündə ittiham aktını qəbul etmədiyini deyib. O, hər zaman fəaliyyət göstərdiyi sahələrin inkişafına çalışdığını bildirib: "Mən ölkə rəhbərinə, dövlətimizə və xalqıma sədaqətlə xidmət etmişəm. Mən ömrümdə heç kəsə pislik etməmişəm. Bütün həyatım boyu yalnız insanların yaxşı yaşaması üçün çalışmışam”.

Şüşə ilə 24 yaşlı modelin başını yardılar

19 İyul 2017 12:49

Klubda düşən qarışıqlıq zamanı şüşə ilə irlandiyalı modelin başını yarıblar. Katie O'Donoghue adlı model İrlandiyanın paytaxtı Dublindəki "Longitude" festivalı iştirakı zamanı başından zədələnib. O, bildirib ki, hadisədən sonra başına 9 tikiş atılıb. Model ağlayaraq verdiyi açıqlamasında söyləyib ki, sevgilisi ilə getdiyi partidə başından zədə alıb.  "Anidən başımda güclü ağrı hiss etdim. Gözlərimi açanda heçnə görmürdüm. Çünki hər tərəf qan idi".

Sumqayıtda zəhərlənən FHN əməkdaşlarından yeni xəbər

19 İyul 2017 12:46

Ötən gün Sumqayıt şəhərində 76-cı məhəllədə kanalizasiya quyusuna düşən şəxsi xilas edərkən zəhərlənən Fövqəladə Hallar Nazirliyinin (FHN) dörd işçisinin vəziyyəti dəyişməz olaraq qalır. Bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.  Şöbə müdiri bildirib ki, FHN işçilərindən ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta-ağır olaraq qalır.

“Eurovision-2018” yarışmasının milli seçim qaydalarında dəyişiklik edildi

19 İyul 2017 12:44

İsveçrənin SRG SSR teleradio yayım şirkəti “Eurovision-2018” yarışmasının milli seçim qaydalarında dəyişiklik edib. Belə ki, ölkədə milli seçim prosesinin ilk mərhələləri mahnı üzərində cəmləşəcək, ifaçı isə sonda müəyyənləşəcək.

“Ermənistanın su resurslarından ekoloji terror vasitəsi kimi istifadə etməsi dövlət siyasətdir”

19 İyul 2017 12:40

"Ermənistan tərəfindən su resurslarından ekoloji terror və təzyiq vasitəsi kimi istifadə edilməsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir. Rəsmi Yerevan tərəfindən bu siyasət Ermənistan ərazisindən Azərbaycana doğru axan çaylara, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki su resurslarına, o cümlədən Sərsəng su anbarına münasibətdə tətbiq olunur. Ermənistanın Azərbaycana doğru axan su resurslarını qəsdən çirkləndirilməsi mövcud problemin başqa bir istiqamətidir". 

DİM-dən saxta profil açıqlaması

19 İyul 2017 12:39

Dövlət İmtahan Mərkəzi sosial şəbəkədə bu qurumun adı ilə fəaliyyət göstərən səhifə və profillərlə bağlı açıqlama verib. DİM-dən verilən məlumatda bildirilir ki, aparılan araşdırmalar və DİM-ə ünvanlanmış çoxsaylı müraciətlər “İnstagram” şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və profillərin fəaliyyət göstərdiyini göstərir:“Həmin səhifə və profillərdə imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Nəzərinizə çatdırırıq ki, DİM-in “İnstagram” sosial şəbəkəsində heç bir səhifə və ya profili fəaliyyət göstərmir. Buna görə də xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta səhifə və profillərlərdən istifadə etməyəsiniz”.

"Gənc Vətəndaş" Lənkəranda: "Ailə üçün dəyər!"

19 İyul 2017 12:37

"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə üçün Dəyər!" adlı layihə çərçivəsində növbəti təlim Lənkəran şəhərində olub. Birlikdən “Olaylar”a verilən məlumata görə, "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova iştirakçılara layihə haqqında məlumat verib.