İsrafçılığa gətirib çıxaran dəbdəbəli həyat tərzindən uzaqlaşmalıyıq
Ölkələr iqtisadi cəhətdən inkişaf etdikcə onun əhalisinin sosial rifah halı da yaxşılaşır, insanlar normal şərtlər altında, sosial qayğılardan uzaq bir şəraitdə yaşayırlar. Hər keçən il iqtisadi cəhətdən əldə edilən nailiyyət və uğurlar isə əhalinin güzaranı, maddi rihafını daha da yaxşılaşdırır, cəmiyyətdə mövcud olan bir sıra sosial problemləri aradan qaldırır. Ancaq təəssüflər olsun ki, bəzi hallarda əldə edilən inkişaf, əhalinin sosial rihaf halının yaxşılaşdırılması istiqamətində atılan addımları cəmiyyət düzgün dəyərləndirə bilmir, bir sıra sahələrdə israfçılığa yol verir. Bu kimi misalları həm bizim ölkəmiz, həm də yaxın və uzaq ölkələrin timsalında göstərmək mümkündür.
19 İyul 2017 13:23 İqtisadiyyatƏkrəm Həsənov: "Bu, dünyaya meyl edərək axirətdən üz çevirməkdir"
Ölkələr iqtisadi cəhətdən inkişaf etdikcə onun əhalisinin sosial rifah halı da yaxşılaşır, insanlar normal şərtlər altında, sosial qayğılardan uzaq bir şəraitdə yaşayırlar. Hər keçən il iqtisadi cəhətdən əldə edilən nailiyyət və uğurlar isə əhalinin güzaranı, maddi rihafını daha da yaxşılaşdırır, cəmiyyətdə mövcud olan bir sıra sosial problemləri aradan qaldırır. Ancaq təəssüflər olsun ki, bəzi hallarda əldə edilən inkişaf, əhalinin sosial rihaf halının yaxşılaşdırılması istiqamətində atılan addımları cəmiyyət düzgün dəyərləndirə bilmir, bir sıra sahələrdə israfçılığa yol verir. Bu kimi misalları həm bizim ölkəmiz, həm də yaxın və uzaq ölkələrin timsalında göstərmək mümkündür. Misal olaraq Türkmənistan təcrübəsi. Bildiyimiz qədər bir müddət türkmənlər gündəlik qida rasionu kimi istifadə etdikləri çörəyi pulsuz əldə edirdilər. Lakin hökumətin sadə insanlar üçün yaratmış olduğu bu imkan heç də cəmiyyət üzvləri tərəfindən müsbət tendensiya ilə müşahidə edilmədi. Gündəlik istifadə etdikləri çörəyi pulsuz əldə edən türkmənlər israfçılığa yol verərək çörəyi hara gəldi atdı, ona lazım olan münasibəti göstərmədi. Nəticə etibarilə, Türkmənistan hökuməti simvolik də olsa çörəyi əhaliyə pulla satmaq məcburiyyətində qaldı ki. bəlkə cəmiyyət bundan sonra bu nemətə olan dəyəri başa düşə bilər. Oxşar misalları digər ölkələr, qeyd etdiyimiz kimi Azərbaycan üçün də göstərə bilərik. Yəni məntiqi nəticə ondan ibarətdir ki, insanların həddən artıq israfçılığa yol verməsi ölkələri, hökumətləri müəyyən mal və məhsulların qiymətini artırmaq məcburiyyətində qoyur. Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bu qənaətdədir. O, bildirib ki, qiymətlərin bahalaşması problemi xalqların və fərdlərin qarşılaşdığı problemlərdəndir: "Bəzən onun təbii və məntiqi səbəbləri olur. Xammalın, əşyaların, düzəldilməsinin və daşınmasının xərclərinin baha başa gəlməsi qiymətlərin baha olmasının məntiqi səbəbidir. Lakin bu bahalaşma qeyri-məntiqi və qeyri-təbii olarsa, onun da qeyri-məntiqi və qeyri-təbii səbəbləri olur. Bəzən dəbdəbəni sevərək ona həris olmaq bu bahalaşmanın mühüm səbəblərinə çevrilir. Ona görə də İslam dini bizi israfçılığa gətirib çıxaran dəbdəbəni sevərək ona həris olmaqdan ciddi şəkildə çəkindirmişdir. Çünki dəbdəbə ümmətlərin fəsadına, sonra da məğlubiyyətinə və süquta uğramasına gətirib çıxarır. Bundan da daha pisi isə dünyaya meyl edərək axirətdən üz çevirməkdir. Qurani-Kərimdə əndazəni aşan dəbdəbə qınanaraq küfr və üsyanla birgə qeyd olunmuşdur. Allah-Təala buyurur: "Gərək sizdən əvvəlki nəsillərin ağıl və fəzilət sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar isə onlara verilmiş nemətə (dünyanın dəbdəbəsinə) uydular və günahkar oldular. Şəhərlərin əhalisi islah edən olduqları təqdirdə Rəbbin haqsız yerə onları məhv etməz!" ("Hud", 116,117)
Həmçinin buyurur: "Tayfasının kafir olan, axirətə qovuşacaqlarını (Qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrafı (tabeçiliyində olanlara) dedi: "Bu sizin kimi
ancaq adi bir insandır, yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər?)" ("əl-Muminun", 33)
Həmçinin buyurur: "Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir Peyğəmbər göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: "Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, möcüzələri) inkar edirik!" - dedilər". Onlar: "Bizim mal-dövlətimiz və övladımız (iman gətirən bu yoxsullarınkından) daha çoxdur və bizə əzab da verilməyəcəkdir (əgər Allah bizdən razı olmasaydı, bol ruzi verməzdi)" - dedilər". (Ey Peyğəmbər!) De: "Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar". Lakin insanların əksəriyyəti (bunu) bilməz!" ("Səba", 34,35,36)". Əkrəm Həsənov qeyd edib ki, bəzən qiymət artımı zərurətdən doğur: "İslam fiqhində qiymət artımı göstəricilərində hasil edilən avadanlığın azalması əsas faktor kimi göstərilir. Yəni, hər hansısa bir malın azalması nəticəsində həmin malın qiyməti heç kəsdən asılı olmayaraq avtomatik qalxır. Əgər belə olmasa həmin malın yenidən ərsəyə gətirilməsi, keyfiyyətinin yüksəldilməsi mümkün olmaz. Elə bu səbəblə də islam fiqhində müəyyən tələb olunan malların həm davamlılığını təmin etmək, həm də keyfiyyətini yaxşılaşdırmaq üçün həmin malların qiymətinin qalxması zərurət halını alır. Belə halda insanlar düşünməlidirlər ki, hər hansısa bir malın qiymətinin artımı digərinə təsir etməyə bilər. Məsələn islam dinində qadağan olunur ki, zərurət halında bir malın qiyməti qalxanda işbazlar digər malların qiymətini qaldırsınlar. Bu islamda haram sayılır. Çünki, buna ehtiyac yoxdur. Deyək ki, bizdə yanacağın qiymətləri zəruri durumlarda qalxırsa bu o demək deyil ki, bəzi nadan admalar bunu bəhanə edib digər malların da qiymətini qaldırsınlar. Bu islamda qadağan edilir. İslam dinində ədalətli olmaq, hansısa malın qiymətinin qalxmağına görə digər malların qiymətini özbaşına qaldırmaq günah və haram hesab edilir".
Məhəmməd