Gündəm

QHT-lər üçün internet  televizya yaradılır -VİDEO

19 İyul 2017 14:12

Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılır. Bu barədə ““QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsinin rəhbəri, “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyinin sədr müavini Cəsarət Hüseynzadə məlumat verib.

“Wikipedia”nın özbəkdilli versiyası Azərbaycanla bağlı materiallarla zənginləşdirilir

19 İyul 2017 14:08

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşəbbüsü ilə yaradılan “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının (BEE) Azərbaycan ilə bağlı özbəkdilli versiyasında “Xocalı soyqırımı” adlı bölmə istifadəyə verilib.

"Vəhabilər metronu partladacaq" deyən şəxs: "Qardaşım ölmüşdü...."

19 İyul 2017 14:04

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Rahib Sahabovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsindəm hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. R.Sahabov ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, həmin vaxt spirtli içkinin təsirində olub: "Hadisədən əvvəl bir həftə hər gün içirdim, qardaşım rəhmətə getmişdi. Peşmanam, nə dediyimi, niyə dediyimi də bilmədim. Onsuz da özümü təqsirli bilirəm. Dərmanla yaşayıram, məhkəməyə gedib-gələ bilmirəm".

Toyu ləğv edək... Ayxan Ayvaz yazır

19 İyul 2017 14:00

Toy bizim öz-özümüzü çətinə saldığımız milli adət-ənənəmizdir. Niyə durduq yerdə özümüzü çətinə salırıq, anlamış deyiləm. Bu gün toylar adamları hörümçək toruna salıb, hamı ayağına, əlinə dolaşmış ipdən xilas olmağa çalışır. Amma və lakin! Xilas ola da bilmir. Qıraqdan baxan nə deyər? Qohum-əqrəba nə deyər? Dostum bu yaxınlarda toy eləmişdi. Gedib iştirak elədik, yedik-içdik, əyləndik. Üstündən bir həftə keçib, rastlaşmışıq, artıq başını bulayır: “Kreditim var”.

Joze Mourinyo: "Mən hazıram"

19 İyul 2017 13:53

"Mançester Yunayted"in hal-hazırki baş məşqçisi Joze Mourinyo klubda 15 il qalıb Ser Aleks Fergyusonun dönəmindəki  uğurları yenidən qaytarmaq istəyir.  "Old Traford"da ikinci mövsümünə keçməyə hazırlaşan Mourinyo bu sözləri demiş olsa belə, bu mövsüm kubok qazanmasa və kluba uğur gətirməsə istəkləri arzu olaraq qala bilər.

Beren Saatın qayınanası gəlinindən nələr dedi?

19 İyul 2017 13:51

Kənan Doğulunun anası Serpil Doğulu nəhayət ki, aktrisa Beren Saat haqqında danışıb.  Müğənninin anası qızı Canan Doğulu və kürəkəni Emre Özdemirlə Bodrumda istirahət edərkən görüntülənib. Serpil Doğulu müxbirlərin aktrisa ilə münasibətləri haqqında verdiyi suallara ilk dəfə ətraflı cavab verib.

Sumqayıtdakı “Şərq bazarı”nın keçmiş bazarkomu Rəşid Babayev arxalı adammış - Söküntü dayandı

19 İyul 2017 13:47

Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri - “Şərq Bazarı” problemi həll olunmağa başlayıb. Məsələ ilə bağlı Sumqayıt İcra hakimiyyətindən bildirilib ki, “Şərq Bazarı” ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək. Məlumatda o da bildirilib ki, yeni ticarət mərkəzi tikilənə kimi burada fəaliyyət göstərən satıcılar müvafiq yerlərlə təmin olunacaq.“Şərq Bazarı” ərazisində çalışan və mülkiyyət sənədləri mövcud olan 66 sahibkarın hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.

Azərbaycan dünyaya tolerantlıq və iqtisadi inkişaf baxımından yeni model bəxş edib

19 İyul 2017 13:44

Azərbaycanın yerləşdiyi coğrafiyada tutduğu mövqe, oynadığı rol beynəlxalq aləm, dünya dövlətləri tərəfindən ona olan marağı artırır. Bu gün əksəriyyət dünya ölkələri, dövlətləri Azərbaycanla münasibətləri inkişaf etdirməyə, müxtəlif sshələrdə əməkdaşlıq etməyə cəhd göstərir ki, bu da ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət kursundan irəli gəlir. Son vaxtlar istər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müxtəlif ölkələrə səfərləri, istərsə də ayrı-ayrı dövlət vəı hökumət başçılarının Bakıya səfərləri də deyilənləri təsdiqləyir.

Nobel mükafatçısı qızlara dəstək oldu

19 İyul 2017 13:42

Qızların təhsili mövzusunda Birləşmiş Millətlər Təşkilatının (BMT) sülh elçisi olaraq təyin olunan  Malalan Yusufzay Nigeriyanın  Borno əyalətindəki qaçqın düşərgələrində yaşayan qız uşaqlarını ziyarət edib. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Yusufzay "Nigeriya, Afrikanın ən zəngin ölkəsi olmasına baxmayaraq dünyadakı hər hansı bir ölkədən daha çox məktəbə getməyən qız uşaqlarına sahibdir" – deyə, qeyd edib.

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünün yekunlarına dair bəyanat qəbul olunub - MƏTN

19 İyul 2017 13:40

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunlarına dair bəyanat qəbul olunub.

Türkmənistan XİN rəhbəri: “Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək niyyətindəyik”

19 İyul 2017 13:37

“Biz iqtisadi, siyasi və energetika sahələrində münasibətləri genişləndirmək niyyətindəyik”. Bunu Türkmənistan xarici işlər naziri Rəşid Meredov Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Həyatımızı dəyişən qərarlar: sonrakı peşmançılıq fayda verməz

19 İyul 2017 13:33

Anidən və ya qısa zaman ərzində verilən qərarlar nadir hallarda uğurlu olur. Hər bir insan həyatda üzləşdiyi müxtəlif hadisələr zamanı qərar qəbul etməli olur. Bəzi qərarlarımız bütün həyatımızı idarə edir, yanlış verdiyimiz qərar bizi yanlış istiqamətə də yönəldir. Bu səbəbdən də psixoloqlar "sonrakı peşmançılıq fayda verməz" prinsipi ilə hərəkət etmək və düşünülmüş qərarlar verməyi məsləhət görürlər. 

Prezidentlərin görüşü nə vəd edir?

19 İyul 2017 13:31

Payızda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi gözlənilir. "İzvestiya” qəzetinin məlumatına görə, görüşün əsas təşkilatçısı Kreml olacaq. Çünki ATƏT-in Minsk Qrupunun digər üzvləri - ABŞ və Fransanın Bakı və İrəvanı danışıqlar üçün bir araya gətirmək cəhdləri uğursuzluqla nəticələnib. Mənbə qeyd edib ki, dialoqun davam etdirilməsi prinsipial əhəmiyyət daşıyır.

"Ermənistan təxribatlara son qoymalıdır" - Mövlud Çavuşoğlu

19 İyul 2017 13:29

"Azərbaycan, Türkiyə və Türkmənistan arasında iqtisadi əməkdaşlıq sahəsində azalma var". Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Narkomaniyaya qarşı aparılan səmərəli mübarizə

19 İyul 2017 13:25

Bəşəriyyətin əsas problemlərindən birinə çevrilən narkomaniyaya qarşı intensiv mübarizənin aparılmasına baxmayaraq, hələ də bu sahədə problem qalmaqdadır. Mənfi hal isə ondan ibarətdir ki, aparılan mübarizə tədbirlərinə rəğmən, sözügedən problemi minimuma endirmək mümkün olmur. Əksinə getdikcə narkomaniya daha da gəncləşir, öz əhatə dairəsini, arealını genişləndirir. Açıq demək olar ki, bu gün dünya ölkələri narkomaniya problemi qarşısında acizdirlər.