Joze Mourinyo: "Mən hazıram"
"Mançester Yunayted"in hal-hazırki baş məşqçisi Joze Mourinyo klubda 15 il qalıb Ser Aleks Fergyusonun dönəmindəki uğurları yenidən qaytarmaq istəyir. "Old Traford"da ikinci mövsümünə keçməyə hazırlaşan Mourinyo bu sözləri demiş olsa belə, bu mövsüm kubok qazanmasa və kluba uğur gətirməsə istəkləri arzu olaraq qala bilər.
19 İyul 2017 13:53 İdman"Mançester Yunayted"in hal-hazırki baş məşqçisi Joze Mourinyo klubda 15 il qalıb Ser Aleks Fergyusonun dönəmindəki uğurları yenidən qaytarmaq istəyir. "Old Traford"da ikinci mövsümünə keçməyə hazırlaşan Mourinyo bu sözləri demiş olsa belə, bu mövsüm kubok qazanmasa və kluba uğur gətirməsə istəkləri arzu olaraq qala bilər.
3 ildən artıq bir klubla birlikdə işləməyi bacarmayan baş məşqçinin ESPN`ə dediyi sözlərdən bəziləri: "Mən bunun üçün hazıram. Önümüzdəki 15 il boyunca "qırmızılar"la qalmaq istəyirəm dedim. Etiraf etməliyəm ki, işimizlə əlaqədar üzərimizə çox böyük təzyiqlər var və bu da işi çətinləşdirir". Milli.az "The Sun"a istinadən xəbər verir.