Beren Saatın qayınanası gəlinindən nələr dedi?
Kənan Doğulunun anası Serpil Doğulu nəhayət ki, aktrisa Beren Saat haqqında danışıb. Müğənninin anası qızı Canan Doğulu və kürəkəni Emre Özdemirlə Bodrumda istirahət edərkən görüntülənib. Serpil Doğulu müxbirlərin aktrisa ilə münasibətləri haqqında verdiyi suallara ilk dəfə ətraflı cavab verib.
19 İyul 2017 13:51 DünyaKənan Doğulunun anası Serpil Doğulu nəhayət ki, aktrisa Beren Saat haqqında danışıb. Müğənninin anası qızı Canan Doğulu və kürəkəni Emre Özdemirlə Bodrumda istirahət edərkən görüntülənib. Serpil Doğulu müxbirlərin aktrisa ilə münasibətləri haqqında verdiyi suallara ilk dəfə ətraflı cavab verib.
O, gəlini Beren Saatla münasibətlərinin pis olduğu iddialarının həqiqəti əks etdirmədiyini deyib: "Beren çox şirin xanımdır, nə qədər yaxşı insan olduğunu bilmirsiniz, həmçinin çox yaxşı gəlindir. Aramızda heç vaxt problemlər olmayıb". Sərpil Doğulu daha sonra Berenin uşağı olmamasına da fikir bildirib: "İnşallah onlar da övlad sahibi olar, onlardan şad xəbəri gözləyirik". Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.