Gündəm

Lapşin son SÖZÜ DEDİ: “Çox peşmanam”

19 İyul 2017 15:22

Bakıda həbsdə olan bloger Aleksandr Lapşinin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyilə baş tutan prosesdə Aleksandr Lapşinin vəkili Eduard Çernin müdafiə nitqilə çəxış edib. Vəkil Lapşinin günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Metro qatarlarında yenilik

19 İyul 2017 15:11

Bakı metropoliteninin vaqon parkında qatarların modernləşdirilməsi istiqamətində əhəmiyyətli yeniliklər sırasına daha biri əlavə olunub. İstismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə bundan sonra keyfiyyəti ilə seçilərək daha da yaxşılaşdırılacaq.

Əli Əhmədov BMT-nin İnkişaf Poqramının rəhbəri ilə görüşüb

19 İyul 2017 15:10

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin mənzil-qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk könüllü milli icmalının təqdim edilməsi məqsədilə Nyu-Yorkda səfərdədir. “OLAYLAR”-ın xəbərinə görə, səfər çərçivəsində Baş nazirin müavini Əli Əhmədov BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Steyner ilə görüşüb.

MEK Azərbaycan diasporasına ədəbiyyat göndərdi

19 İyul 2017 15:09

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən Rusiyanın Arxangelsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporasına maarifləndirici ədəbiyyat göndərilib. MEK- dən “Olaylar” – a bildirilib ki, “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımovun AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə ünvanladığı məktuba əsasən xüsusi seçilmiş ədəbiyyatın əksəriyyəti rus dilindədir. Əsasən Azərbaycanın zəngin və qədim mədəniyyətini, incəsənətini, tarixini, müasir siyasi vəziyyətini əks etdirən ədəbiyyat siyahısında klassik ədəbiyyatımızın görkəmli nümayəndələrindən Nizami Gəncəvinin əsərləri, S.Aşurbəylinin “Bakı şəhərinin tarixi”, “Novruz bayramı ensiklopediyası”, “Azərbaycan folkloru”, “Azərbaycan musiqi elmi”, B.Kərimovun “Azərbaycanın qədim yaşayış məskənləri”, 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti ensiklpodediyası”, A.Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, deportasiyası və ərazi iddiaları”, N.Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”, “Erməni terrorçu və quldur dəstələrinin insanlıq əleyhinə cinayətləri (XIX-XXI əsrlər)” və təbliğat əhəmiyyətli digər kitablar vardır.

Mərkəz sədri: “Ermənistanın həmsədr ölkə ilə münasibətlərində ciddi problem yaranıb”

19 İyul 2017 15:05

“Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye son mətbuat konfransında Ermənistanın ünvanına kəskin fikirlər səsləndirdi. O iki ölkə arasında mal dövriyyəsinin cəmi 50 milyon avro olduğunu bildirdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır

19 İyul 2017 14:59

Sirr deyil ki, Azərbaycan mətbuatı uzun və şərəfli yol keçərək hazırki səviyyəyə yüksələ bilib. Ötən müddtət ərzində medianın uğurları itirdiklərini dəfələrlə üstələyib. Maraqlıdır, hazırda Azərbaycan mətbuatı müasir standartların tələblərini ödəyə bilirmi?  Müsahibimiz “Həftə içi” qəzetinin redaktoru Azad Əliyevdir.

Deputat: “Substansiv danışıqlar üçün əsas olmasa, danışıqlar aparmağa dəyməz”

19 İyul 2017 14:53

Hesab edirəm ki, hansısa konkret məsələ hazır olduqdan sonra Azərbaycan Ermənistan tərəfi ilə görüşməlidir. Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair keçiriləcək görüşündən danışarkən bildirib.

Lukaşeviç: “Həmsədrlər sehrbaz deyil, onlar regionda təhlükəsizliyi lazımi səviyyədə yarada bilməzlər”

19 İyul 2017 14:49

“ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə, qoşunların təmas xəttində monitorinq aparması ilə bağlı imkanlarının artırılmasına böyük ehtiyac var”. Bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Mətbuat Şurası və “Veysəloğlu” şirkəti jurnalistləri mükafatlandırdı

19 İyul 2017 14:42

Azərbaycan Mətbuat Şurası ilə “Veysəloğlu” Şirkətlər Qrupunun mətbuat nümayəndələri arasında elan etdiyio yazı müsabiqəsinə yekun vurulub.  Dünən bu məqsədlə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov əvvəlcə qələm əhlini 22 iyul-Milli Mətbuat Günü münasibətilə təbrik edib.

3 leytinat, 19 zabit həbs olundu

19 İyul 2017 14:40

Türkiyənin Tokat Respublika Baş Prokurorluğu tərəfindən FETÖ terror qruplaşmasına qarşı aparılan istintaq əməliyyatı zamanı  19 zabit və 30 nəfər barəsində həbs qərarı verilib.

Qadın sürücü maşını aşırdı - ölən var

19 İyul 2017 14:34

Goranboyda qadın sürücü qəza törədib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin ərazisində Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Qəzada avtomobildə olan 2 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Sahibə Hacıyeva xəstəxanada ölüb.Goranboy RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Yol polisini vurub qaçan şəxs saxlanıldı

19 İyul 2017 14:32

Masallıda yol polisini avtomobillə vurub qaçan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində naməlum şəxs idarə etdiyi "VAZ-21099" markalı avtomobillə həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Qoşqar Eynalovu qəsdən vuraraq hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən Q.Eynalovun vəziyyəti qənaətbəxşdir.

Quldurluq edən şəxs yaxalanıb

19 İyul 2017 14:31

Quldurluq etməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 17-də Nəsimi rayonunun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevi döyüb 170 manat pulunu və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk ediblər.

Kilsədə BİABIRÇILIQ - Azyaşlılar 60 ildir cinsi təcavüzə uğrayır

19 İyul 2017 14:23

Almaniyanın Regensburger şəhərindəki bir katolik kilsəsində yüzlərlə azyaşlının fiziki istismara və cinsi təcavüzə uğraması ortaya çıxıb.  “Regensburger Domspatzen” adlı uşaq xoru məktəbinin 547 üzvünün 60 ildən çoxdur ki, cinsi təcavüzə uğradığı iddia edilib. Faktla bağlı istintaq işi açılıb. Araşdırmalar nəticəsində Katolik kilsəsinin 49 üzvünün cinayətdə iştirak etdiyi ortaya çıxıb. Hadisələrə müdaxilə etməməkdə günahlandırılanlar arasında 16-cı Papa Bendiktin böyük qardaşı, 30 il boyunca xora rəhbərlik edən Corc Ratzingerin də adı var.

Azərbaycanda iyrənc cinayət: Kişini lüt soyundurub alçaltdılar, sonra isə… – VİDEO 18+

19 İyul 2017 14:15

Sosial şəbəkələrdə Azərbaycanda törədilən dəhşətli cinayətin görüntüləri paylaşılıb. Bir kişini naməlum şəxslər lüt soyunduraraq təhqir edi, vəhşicəsinə döyüb və bunu videoya çəkib.