Quldurluq edən şəxs yaxalanıb

Quldurluq etməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 17-də Nəsimi rayonunun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevi döyüb 170 manat pulunu və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk ediblər.

Quldurluq etməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iyulun 17-də Nəsimi rayonunun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevi döyüb 170 manat pulunu və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk ediblər. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31