Gündəm
Akif Əlizadə “Elm” uşaq istirahət düşərgəsini ziyarət edib
İyul 19-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın “Elm” uşaq istirahət düşərgəsini ziyarət edib. Akademiyadan “Olaylar” – a bildirilib ki, Akademik Akif Əlizadə düşərgənin ərazisində yaradılan infrastrukturla yaxından tanış olub, müəyyən tapşırıqlar verib. Daha sonra düşərgədə istirahət edən uşaqlar tərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib.
Xarici işlər nazirləri Nyu-Yorkda görüşəcək
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda yeni görüşünə hazırlıq gedir.“Olaylar” xəbər verir ki, bu barədə Vyanada jurnalistlərə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib:“Mənə məlumdur ki, ATƏT-in həmsədrləri danışıqlar prosesini intensivləşdirməyə çalışacaq, Nyu-Yorkda xarici işlər nazirlərinin yeni görüşünə hazırlıq görəcəklər”. O, bu danışıqların ən yüksək səviyyədə keçiriləcək görüşə hazırlıq mərhələsi olduğunu da deyib.
Başına butulka vuraraq öldürdü
Cari il iyul ayının 18-də Xaçmaz şəhər sakini Əlihüseyn Əzizli insult diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. DİN-dən verilən məlumata görə, araşdırmalar zamanı cari il iyun ayının 17-də Xaçmaz şəhərindəki kafelərdən birində şəhər sakini Sərxan İsmayılovun münaqişə zəminində Ə.Əzizlinin baş nahiyəsinə şüşə qabla (butılka) xəsarət yetirməsi müəyyən edilib. S.İsmayılov Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Hökumətinin yeni tərkibi açıqlandı
Türkiyənin baş naziri Binəli Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. Baş nazir müavinləri Bəkir Bozdağ, Meşmet Şimşək, Fikri İşık, Rəcəb Akdağ, Hakan Çavuşolu olub.
Regionda gərginlik artacaq
Rusiyanın ATƏT-in Minsk qrupunda təmsil olunmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe, sərgilədiyi münasibət heç də vasitəçilik missiyasına uyğun gəlmir. Keçən ilin aprel ayında cəbhədə yaşanan hərbi əməliyyatlardan sonra Kremlin daha çox Ermənistanın maraqlarına uyğun mövqe nümayiş etdirməsi, münasibət sərgiləməsi artıq davamlı xarakter almağa başlayıb.
Rusiyalıları sayacaqlar
Rusiya hökuməti 2020-ci ildə ölkədə siyahıyaalınmanın keçirilməsi barədə qərar qəbul edib. Bundan əvvəlki siyahıyaalınma qonşu ölkədə 2010-cu ildə keçirilib. O vaxt nəticələrin işlənməsinə, formalaşdırılmasına və dərcinə 3 il vaxt tələb olunmuşdu.
Terror aktı barədə yalan məlumat verən şəxs sərxoş olduğunu deyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan məlumat verməkdə ittiham olunan Rahib Sahabovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Almaniyada kərə yağı 60% bahalaşıb
Bu ilin yay aylarında Almaniyada kərə yağı ötən illə müqayisədə 60% bahalaşıb.
Erməni həkimin Azərbaycandakı doğum evində 45 il sürən gizli terroru
Canımıza, qanımıza susamış ermənilər zaman-zaman əllərinə düşən fürsətdən öz məqsədləri üçün istifadə ediblər. Uf demədən körpə azərbaycanlı uşaqların qətlə yetirilməsindən zövq alan ermənilər hətta bununla fəxr etməkdən belə çəkinməyiblər. Körpə qatili olmaq hər bir erməninin qanında olduğundan Ermənistan dövləti də insanlığa qarşı olan bu cinayətin təşkilatçısı və icraçısına çevrilib.
Səfir: İlham Əliyev Macarıstana rəsmi səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın əvvəlində Macarıstana rəsmi səfər edəcək. Bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib. O bildirib ki, İ. Əliyevin səfəri zamanı 5-10 sənədin imzalanacağı gözlənilir.
Baş beyin xəstəliklərinin artma səbəbi açıqlandı
Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə Xəstəxanasına il ərzində 10 mindən çox xəstə müraciət edir. Ötən il 2111 xəstə cərrahi əməliyyat edilib. Bu ilin birinci yarısında isə 1100 xəstə əməliyyat olunub. Bunu xəstəxananın baş həkimi Kabus Dadaşov bu gün keçirilən mətbuat konfransında bildirib.
Amerikalı bloqqer Putini əlbəyaxa döyüşə çağırdı: “Harda istəsə görüşək...”
Amerikalı bloqqer və idmançı, aykido və taekvando ustası Benjamin Uittes Rusiya prezidenti Vladimir Putinin cüdo ustası olduğunu şübhə altına alaraq onu “dünyanın istənilən nöqtəsində görüşüb döyüşməyə” çağırıb.
İran prezidenti ABŞ-a xəbərdarlıq etdi
İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyaların tətbiqindən sonra Vaşinqtonu sərt tənqid edib. O bildirib ki, İran ABŞ-ın razılaşmanı pozmasını bağışlamayacaq.
Yol polisindən sürücülərə və avtomobil sahiblərinə MÜRACİƏT
DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Respublika ərazisində havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. BDYPİ-dən verilən məlumata görə, müraciətdə bildirilir ki, respublikanın avtomobil yollarında yay mövsümündə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən qeydə alınmış qəzaların bir çoxu məhz günorta saatlarına təsadüf edir.
"Lotu Quli" Sabirabadlı Hikmətin qohumuna niyə "oğru" adı vermədi? - DÜŞMƏNLİYİN TARİXİ
"Lotu Quli"nin mərhum Sabirabadlı Hikmətin qardaşı oğlu Məmmədqulu Muxtarova "qanuni oğru" adı verilməsinin əleyhinə olmasının təfərrüatı bəlli olub. Məsələnin kökü çox uzaqlara gedib çıxır. Söhbət ondan gedir ki, avtoritetlərin hər ikisi eyni vaxtda Bayıl həbsxanasında cəza çəkərkən Quliylə Hikmət arasında insident baş verib. Quli oğru qanunlarına zidd gedərək Azərbaycan kriminal avtoritetlərinin arasında "böyük qardaş" kimi çağırılan "Sabirabadlı Hikmət"ə əl qaldırıb.














