Gündəm
"Evimizi ələ keçirməyə gəliblər..." - Bəşər Əsədin oğlu
Suriya prezindeti Bəşər Əsədin oğlu Hafiz Bəşər Əsəd ölkəsində yaşanan müharibədən danışıb. Braziliyanın "Globo" media agentliyinə danışan yeniyetmə Əsəd Suriyada yaşananlardan dəhşətə gəldiyini deyib.
Türkiyə səfiri Almaniya XİN-ə çağırılıb
Almaniyanın Xarici İşlər Nazirliyi hüquq müdafiəçisi Peter Ştoydtnerin saxlanılması ilə bağlı Türkiyə səfirini XİN-ə çağırıb. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu keçirdiyi brifinqdə nazirliyin rəsmi nümayəndəsi Martin Şefer deyib. "AFR hökuməti Ştoydtnerin azad edilməsini və konsulluq yardımına çıxışın təmin olunmasını tələb edir", - M.Şefer bildirib. Onun sözlərinə görə, səfir əmin edib ki, tələbləri dərhal Ankaraya çatdıracaq. XİN nümayəndəsi qeyd edib ki, hüquq müdafiəçisi artıq iki həftədən çoxdur istintaq təcridxanasında saxlanılır.
10 yaşlı qız dayısından hamilə qaldı, məhkəmə aborta icazə vermədi - ŞOK
Hindistan məhkəməsi dayısının cinsi təcavüzü nəticəsində hamilə qalan 10 yaşlı qızın abort etdirməsinə icazə verməyib. Həkimlər azyaşlının həyatının təhlükə altında olduğu üçün abort edilməsinə qarşı çıxıb.
Abituriyentlərin NƏZƏRİNƏ: qabiliyyət imtahanlarına başlanıldı
Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanlarına start verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, buraxılış (qəbul) imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən və elektron qeydiyyatdan keçən abituriyentlər iyulun 19-dan 23-dək qabiliyyət imtahanında iştirak edirlər.
Nazirlik: "192 tələbə kollec, 960 tələbə ali məktəblərə köçürülmək üçün qeydiyyatdan keçib"
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi üzrə elektron sənəd qəbulu davam edir. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi də elektron qaydada aparılır.
Aparıcının yarıçılpaq fotolarını çəkən iranlı turisti buraxdılar
Aparıcı Canan Tuğanerin bikinili fotolarını gizli çəkən və buna görə 3 ilə qədər həbsi istənilən 24 yaşlı iranlı turistin məhkəməsi olub. Canan fotolarının çəkildiyini gördüyü üçün mane olmağa çalışmış və qarşıdurmada başından yaralanmışdı.
Gənclər və idman naziri II Avropa Oyunlarının Koordinasiya Komissiyasının üzvü seçilib
2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının Koordinasiya Komissiyasının tərkibi müəyyənləşib. GİN-dən “OLAYLAR”-a bildirilib ki, Avropa Olimpiya Komitələrinin (EOC) elan etdiyi üzvlər siyahısına yenə Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos rəhbərlik edir. S.Kapralos “Bakı-2015” birinci Avropa Oyunlarında da eyni funksiyanı yerinə yetirib. Onun müavini Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Oyunları konsepsiyasının müəllifi Zlatko Matesadır. Ayrı-ayrı ölkələrin Milli Olimpiya komitələrindən komissiyaya üzv qismində Sergey Bubka (Ukrayna), Aleksandr Jukov (Rusiya), Alexandro Blanko (İspaniya), Dayna Qudzineviçyute (Litva), Andrjey Krasniçki (Polşa), Nils Niqard (Danimarka), Hasan Arat (Türkiyə), Mixael Vesper (Almaniya), Jan-Mişel Brön (Fransa), Liney Halldorsdottir (İslandiya), Corce Visaçki (Serbiya) və Jan Paterson (Böyük Britaniya) daxil edilib.
“Günəşli” yatağında hasilatın artırılması üçün yeni yanaşma üsulları müzakirə olunub
SOCAR-ın Baş ofisində “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company;” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilib.
Azərbaycanda casus qalmaqalı - Həbs olunanların sayı daha da arta bilər
"Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi bu əks-kəşfiyyat tədbirlərinin xüsusiyyəti onun konkret casusluqla bağlı olması, bununla əlaqədar bütöv bütöv bir şəbəkənin fəaliyyətinin ifşa olunması və üzvlərinin saxlanılmasıdır. DTX-nın yaydığı məlumatın təhlili göstərir ki, bu əks-kəşfiyyat tədbirləri uzun müddətli və gərgin əməliyyat araşdırması nəticəsində baş verib. Casus şəbəkəsinin üzvlərinin məlumat toplanması, həmin məlumatların hərbi-siyasi xarakterli olması, tapşırıqların xarici ölkələrdən müxtəlif əlaqələr vasitəsilə alınmasının tam aşkarlanması və şəbəkə üzvlərinin həbs edilməsi elə-belə məsələ deyil, gərgin əməyin nəticəsidir".
Erməni hərbçi minaya düşdü - Ayağını itirdi
Ermənistan ordusunun əsgəri mina partlayışı nəticəsində ağır yaralanıb. Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.
Qadağan olunmuş dini ədəbiyyat satan 10 nəfər cəzalandırıldı
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində “Dini etiqad azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirir.
ABŞ Suriyada müharibəyə hazırlaşır: gizli baza tapıldı
Almaniyanın Bild qəzetinin xəbərinə görə, ABŞ Suriyadakı müharibəyə daha böyük bir həmlə üçün güclü hazırlıqlara başlayıb. Qəzet peyk görüntülərində ABŞ-ın Suriyanın şimalındakı Kobani yaxınlığında gizli hava qoşunlarının bazasını aşkar edib. Hərbi aerodrom 235 futbol meydanı böyüklüyündədir.
Qara Qarayev: "Ciddi və diqqətli olacağımız bir mərhələyə keçirik"
Çempionlar Liqasının III təsnifat mərhələsində "Samtredia" - "Qarabağ" matçından (1:0) sonra Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev bir sıra sualları cavablandırıb.
İki uşaq anası fəhləyə qoşulub qaçdı - UCARDA BİABIRÇILIQ
Azərbaycanda daha bir ailəli qadın başqa kişiyə qoşularaq evdən qaçıb. Hadisə Ucar rayonunun Qaradağlı kəndində baş verib. Məlumata görə, yaxınlıqdakı tikintidə çalışan fəhlələrdən biriylə tanış olan qadın üç gün öncə iki azyaşlı uşağını da evdə qoyaraq qaçıb.
Boşanmaq istəyən arvadının avtomobilinə bomba qoydu - Türkiyədə qəribə olay
Türkiyədə qəribə hadisə baş verib. Türkiyənin Zonquldaq şəhərindəki fabriklərin birindəki avtodayanacaqda altına bomba yerləşdirilmiş avtomobil tapılıb. Hadisə yerinə çağırılan bomba mütəxəssisləri bombanı zərərsizləşdiriblər. Araşdırma nəticəsində məlum olub ki, qadının avtomoibilinə bombanı onun əri qoyub. O, ondan boşanmaq istəyən həyat yoldaşını belə qorxutmaq istəyib.














