Erməni hərbçi minaya düşdü - Ayağını itirdi

Ermənistan ordusunun əsgəri mina partlayışı nəticəsində ağır yaralanıb. Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Ermənistan ordusunun əsgəri mina partlayışı nəticəsində ağır yaralanıb. Bu barədə məlumatı Ermənistan mətbuatı yayıb. Məlumata görə,1988-ci il təvəllüdlü, müqavilə əsasında xidmət göstərən hərbçi Qarabağda yerləşən hərbi hissələrin birində xidmət edirmiş. Onun bu gün saat 13:30 radələrində başından və ayağından ağır yaralandığını və hospitala yerləşdirildiyi bilidirilib. Hərbçinin ayağı artıq amputasiya olunub. Femida.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31