Səfir: İlham Əliyev Macarıstana rəsmi səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın əvvəlində Macarıstana rəsmi səfər edəcək. Bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib. O bildirib ki, İ. Əliyevin səfəri zamanı 5-10 sənədin imzalanacağı gözlənilir.
19 İyul 2017 15:46 SiyasətAzərbaycan prezidenti İlham Əliyev oktyabrın əvvəlində Macarıstana rəsmi səfər edəcək. Bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib. O bildirib ki, İ. Əliyevin səfəri zamanı 5-10 sənədin imzalanacağı gözlənilir. Diplomatın sözlərinə görə, avqustun 24-25-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək. Səfir qeyd edib ki, nazirin səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana səfərinə hazırlıq da müzakirə olunacaq. Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31