Regionda gərginlik artacaq

Rusiyanın ATƏT-in Minsk qrupunda təmsil olunmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe, sərgilədiyi münasibət heç də vasitəçilik missiyasına uyğun gəlmir. Keçən ilin aprel ayında cəbhədə yaşanan hərbi əməliyyatlardan sonra Kremlin daha çox Ermənistanın maraqlarına uyğun mövqe nümayiş etdirməsi, münasibət sərgiləməsi artıq davamlı xarakter almağa başlayıb.

Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaratması belə deməyə əsas verir

Rusiyanın ATƏT-in Minsk qrupunda təmsil olunmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe, sərgilədiyi münasibət heç də vasitəçilik missiyasına uyğun gəlmir. Keçən ilin aprel ayında cəbhədə yaşanan hərbi əməliyyatlardan sonra Kremlin daha çox Ermənistanın maraqlarına uyğun mövqe nümayiş etdirməsi, münasibət sərgiləməsi artıq davamlı xarakter almağa başlayıb. Aprel döyüşlərindən sonra Ermənistana əlavə silah-sursat və hərbi texnikanın göndərilməsi, bir neçə ay əvvəl Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı məsələnin gündəmə gəlməsi və onun reallaşması, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibliyin işğalçı ölkəyə verilməsi, bundan sonra Rusiya Federasiya Xarici İşlər Nazirliyindən Azərbaycanın maraqlarına uyğun olmayan açıqlamaların verilməsi ümumilikdə Moskvanın Bakıya göstərdiyi təzyiq vasitələri idi ki, bütün bunlar da prinsip etibarilə Ermənistana dəstək xarakteri daşıyırdı.

Bu günlərdə isə Rusiya işğalçı ölkənin maraqlarına xidmət edən daha bir addım atdı. Belə ki, Rusiya Federasiyası Ermənistanla birgə qoşun qruplaşması yaradılması barədə memorandumu təsdiqləmiş oldu. Sözügedən sənədin Rusiya Dövlət Dumasında təsdiq edilməsi haqlı olaraq Azərbaycanda ciddi əks reaksiya doğurub.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaradılması barədə razılaşma memarandumu Duma tərəfindən ratifikasiya edildi ki. bununla da Ermənistanın Rusiyadan daha da asılılığı artmış oldu: "İki ölkənin birgə qoşun qruplaşmasının nizamnaməsində Ermənistanı quru və havadan müdafiə etməsi və Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcəyi əks olunub. Qeyd edim ki, belə bir birgə qoşun növü ideyası ötən il Aprel eskalasiyasında Azərbaycanın Ermənistan üzərində blits zəfərindən sonra meydana çıxdı. Göründüyü kimi bu qoşun qruplaşması məhz Azərbaycana qarşı çəkindirici faktor kimi istifadə edilməsi gözlənili. Xüsusi olaraq, Rusiya Ermənistanı tam nəzarətə almaq və Azərbaycana qarşı müəyyən qədər Qarabağ məsələsində təzyiq rıçağına malik olmaq üçün birgə qoşun növünü yaratmaqla regionda təhlükəli siyasət aparır". Politoloq onu da diqqətə çatdırıb ki, Rusiyanın bu təhlükəli planı Ermənistan və Azərbaycan arasında münasibətlərin kəskinləşməsinə və rəsmi

Yerevanın qeyri-konstruktiv mövqeyini gücləndirəcək: "Nəzərə alaq ki, Qarabağdan kənarda Azərbaycanla Ermənistanın dövlət sərhəddinin Tovuz istiqamətində erməni silahlı qüvvələri mütəmadi şəkildə ordumuzun mövqelərini atəşə tutur. Bu istiqamətdə olan erməni hərbi bölmələrinə Serj Sarkisyan mütəmadi olaraq baş çəkir və Azərbaycan əleyhinə kəskin bəyanatlar səsləndirir. Görünür, işğalçı ölkənin məqsədi dövlət sərhədində bölmələrini gücləndirməklə təxribatlar həyata keçirilməsi üçün zəruri tədbirlər görür. Məhz Ermənistan prezidenti Serj Sərkisyan ötən həftə buradan verdiyi müsahibədə güzəştə hazır olmadıqlarını qeyd edir. Düşmən çalışacaq ki, aparılan danışıqlar prosesini pozmaq üçün sərhəddə hərbi hərəkətliliyi artırsın və Rusiya ilə birgə yaratdığı qoşun qruplaşmasının münaqişəyə cəlb etsin. 2014-cü ilin avqustunda Tovuz istiqamətində düşmənə vurulan zərbədə rəsmi Yerevan KTMT -nın dəstəyini ala bilmədi". Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, erməni hərbi-siyasi rəhbərliyi çalışacaq ki, bu qoşun birliyindən ölkımizə qarşı şantaj kimi istifadə etsin: "Əgər Qarabağda və dövlət sərhədində hər hansı bir hərbi əməliyyatlar bərpa olunsa, Rusiyanın açıq şəkildə birgə qoşunla Ermənistan tərəfindən dəstək verməsi real görünmür. Çünki, bu, Moskva-Bakı əlaqələrinin qrılmasına və regionda böyük geosiyasi dəyişikliklərə gətirib çıxardar. Danışıqlarən yenidən bərpa olunmasına gəldikdə isə, qeyd edək ki, ilin axırına kimi Putinin təşəbbüsüilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər. Rusiya tərəflərə təkliflər irəli sürsədə cari ildə münaqişənin nizamlanması üçün irəliləyiş əldə edilməyəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31