Mərkəz sədri: “Ermənistanın həmsədr ölkə ilə münasibətlərində ciddi problem yaranıb”

“Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye son mətbuat konfransında Ermənistanın ünvanına kəskin fikirlər səsləndirdi. O iki ölkə arasında mal dövriyyəsinin cəmi 50 milyon avro olduğunu bildirdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye son mətbuat konfransında Ermənistanın ünvanına kəskin fikirlər səsləndirdi. O iki ölkə arasında mal dövriyyəsinin cəmi 50 milyon avro olduğunu bildirdi". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Ermənistanın və Fransada bir qrup ermənipərəstin Fransa-Ermənistan dostluq münasibətləri barədə nağılları fonunda səfirin bu açıqlaması soyuq duş oldu: "Nəzərə almaq lazımdır ki, səfir iyun ayının əvvəlində də keçirdiyi mətbuat konfransında iki ölkə münasibətləri barədə müsbət olmayan fikirlər səsləndirmişdi.

Fransa səfirinin Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi açıqlama daha çox diqqət çəkir: Fransa Ermənistanın və Azərbaycanın başçıları arasında daimi dialoqun tərəfdarıdır. Səfirin bəyan etdiyi bu rəsmi mövqe Ermənistanın Dağlıq Qarabağ məsələsindəki mövqeyinə iki prizmadan ziddir:

I. Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində "iki tərəf" terminindən yayındığı halda Fransa səfiri qətiyyətli şəkildə "iki ölkə başçı" termini işlədir.

II. Səfir daimi dialoqun tərəfdarıdır. Rəsmi Yerevan isə danışıqlarda deyil, imitasiyada maraqlıdır.

Moskvada ermənilərin tərəfdarlarının sayı artıb. Bu hətta özünü Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyində göstərir. Amma bu, hələ bütün Rusiyanın, eləcə də Kremlin Ermənistana tərəf mövqeyinin dəyişilməsi deyil. Fikrimizi çatdırmaq üçün erməni mətbuatında yayılmış şərhə istinad etmək istəyirik; RF XİN-nin Azərbaycanı tənqid etməsi Azərbaycanın silah müqavilələrində pul ödəmələrini gecikdirməsinə qarşı təzyiq vasitəsidir. Ermənilər əgər öz ermənilərinə inanmırlarsa, RF-in Azərbaycandakı səfiri V.Doroxinə inansınlar. Səfirin fikrincə, Rusiya üçün Azərbaycanla münasibətlər böyük dəyər kəsb edir.

Rusiya ilə Ermənistanın arasındakı münasibətlərdə isə çox ciddi problemlər var. Ermənistan öz ərazisində yeni hərbi baza yaratmaqdan və Suriyaya qoşun göndərməkdən imtina edir. Kreml bunu cavabsız qoya bilməz.

Vaşinqton səfir R.Millzin dili ilə Ermənistanın energetika sahəsinə 8 milyard dollar investisiya qoymağa hazır olduğunu bildirdi. 8 milyard dollarlıq investisiya üçün ABŞ heç bir qeyri-adi şərt irəli sürmür. Ermənistan hələlik ABŞ-ın investisiya təklifinə müsbət cavab verə bilməyib. Hər halda Vaşinqton Yerevanın başını sığallamayacaq.

S.Sərkisyan hakimiyyətinin apardığı siyasətin saxta mahiyyəti həmsədr ölkələrə bəlli olur. Amma baş verənlər göstərir ki, S.Sərkisyanın ətrafı da bu siyasətin mahiyyətini başa düşür. Hakim "Respublika" partiyasının rəhbərlərindən biri, keçmiş təhsil naziri A.Aşotyan Azərbaycan rəsmilərinin Azərbaycanda diplomatiya günü ilə bağlı yaydığı açıqlamalar və təbriklərə çox orijinal cavab verdi. Belə başa düşmək olar ki, A.Aşotyan Süleyman Peyğəmbərin həvarilərindən birincisi olmağa layiq imiş. Çünki o ilanların və digər heyvanların dilini bilirmiş. Yerevan şəhərində ilanların üzə çıxması Ermənistan mətbuatında ən çox müzakirə olunan mövzulardandır. İlanlar üzə çıxırsa və zəlzələ baş vermirsə, deməli ilanlar ayrı mesajın daşıyıcılarıdır. Bu mesaj isə belədir: Yerevan yaxın illərdə adamsız şəhərə çevriləcək. Ona görə ilanlar indidən Yerevanda məskunlaşırlar. İş də burasındadır ki, ilanların dilindən bu mesajı A.Aşotyan başa düşür. Ona görə də ilanların bu mesajını Ermənistan cəmiyyətinə çatdırmaq üçün Azərbaycan diplomatlarına tarixin qədimliyindən başlayan astronomik miqyaslı müraciət ünvanladı. A.Aşotyanın belə müraciəti Ermənistana çatanadək kiçilsə də, cüzi də olsa ermənilərə çatacaq. Hakim partiyanın digər rəsmisi E.Şarmazanovun da heyvanlara yanaşması dəyişir. Görünür, A.Aşotyanın heyvan dilini bilməsi E.Şarmazanovda paxıllıq hissi yaradıb. Həmsədr ölkələrlə münasibəti pisləşən Yerevana ilanların münasibəti istiləşib". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31