Dini Komitə Qəbələdə tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icmasının “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mehman Şəfiyev layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icmasının "Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mehman Şəfiyev layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev tədbirdə çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərindən, müsəlman aləmində, eləcə də dünyada sabitliyin və dayanıqlı sülhün təmin edilməsi üçün İslam həmrəyliyinin, millətlər və dinlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyindən danışıb. Tədbirdə Hacıalılı kənd məscidi dini icmasının üzvü Elşən Şeyixzadə qeyri-ənənəvi radikal dini cərəyanların zərələri haqqında danışaraq onlarla mübarizədə ənənəvi dini dəyərlərin inkişafının əhəmiyyətini xüsusilə vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31