"Qəbələ" Varşavada hazırlığını davam etdirir

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Polşanın "Jagiellonia" klubu ilə qarşılaşacaq "Qəbələ" iyulun 20-də keçiriləcək cavab oyununun hazırlığını davam etdirir. Görüşə Polşanın paytaxtı Varşavada hazırlıq keçən "qırmızı-qaralar" iyulun 17-də növbəti məşqini gerçəkləşdirib. Baş məşqçi Roman Qriqorçukun yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli "Drukarz" klubunun stadionunda baş tutub. "Qırmızı-qaralar" toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, iyulun 16-dan Varşavada hazırlıq keçən "Qəbələ" bu gün də paytaxtda məşq edəcək. Komandamız sabah baş tutacaq oyunöncəsi son məşqi matçın keçiriləcəyi Belostok şəhər stadionunda gerçəkləşdirəcək. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31