Qonaq gəldi: qadının yatmağını gözləyib, otağına girdi...
Qohumun evindən quldurluq etməkdə təqsirləndirilən Səbuhi Həmidovun cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədirliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən S.Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, S.Həmidov 2017-ci ilin mart ayında qohumu və qonşusu olan Habil Sultanovun dəvəti ilə onun evinə gəlib, spirtli içki içdikdən sonra tamah məqsədi ilə evdən qızıl və pul oğurlamaq istəyib.
18 İyul 2017 18:10 KriminalQohumun evindən quldurluq etməkdə təqsirləndirilən Səbuhi Həmidovun cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədirliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən S.Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, S.Həmidov 2017-ci ilin mart ayında qohumu və qonşusu olan Habil Sultanovun dəvəti ilə onun evinə gəlib, spirtli içki içdikdən sonra tamah məqsədi ilə evdən qızıl və pul oğurlamaq istəyib.
Bu məqsədlə o, qohumu H.Sultanovun həyat yoldaşı Sahibə Mirzəyevanın yataq otağına girərək oradan qızılları götürmək istəyib. Səsə ayılan Sahibə Mirzəyeva evindəki qonaq tərəfindən zorakılığa məruz qalıb. Həmidov evin sahibəsini ağızını əli tutaraq onu qışqırmağa qoymayıb. O, qadından səs salmamasını tələb edib. Əks halda onu və uşaqlarını öldürəcəyini deyib. Səs-küyə Habil Sultanov da oyandıqda Səbuhi Həmidov məqsədinə çatmadan evdən qaçıb. Son sözlə çıxış edən S.Həmidov əməlindən peşman olduğunu, içkili halda belə bur əməl törətdiyini deyib. O, quldurluq etmək məqsədinin olmadığını bildirib: "İçkili idim. Qızılları götürmək istədim. Ev sahibi oyananda özümü itirdim. Məhkəmədən ədalətli qərar verəcəyini, bağışlanacağımı gözləyirəm". Lent.az