"Neftçi"nin sabiq hücumçusu Cənubi Koreya klubuna keçdi
2010-cu ildə icarə əsasında "Neftçi"yə cəlb olunan və 4 mövsüm Bakı klubunda forma geyinən Bahodir Nasimovun yeni klubu müəyyənləşib. Özbəkistan millisinin 30 yaşlı üzvü kareyarısını Cənubi Koreyada davam etdirəcək. Təcrübəli forvard "Ansan Griners" klubu ilə müqavilə imzalayıb. Nasimovun son klubu ölkəsinin "Bunyodkor" olub.
18 İyul 2017 18:40 İdman2010-cu ildə icarə əsasında "Neftçi"yə cəlb olunan və 4 mövsüm Bakı klubunda forma geyinən Bahodir Nasimovun yeni klubu müəyyənləşib. Özbəkistan millisinin 30 yaşlı üzvü kareyarısını Cənubi Koreyada davam etdirəcək. Təcrübəli forvard "Ansan Griners" klubu ilə müqavilə imzalayıb. Nasimovun son klubu ölkəsinin "Bunyodkor" olub.
Qeyd edək ki, Nasimov "Neftçi"dən ayrıldıqdan sonra İranın "Padideh" klubunda çıxış etmişdi. İran klubunda karyerası uğurlu alınmayan 30 yaşlı forvard ötən ilə "Bunyodkor"a geri dönmüşdü. O, "Neftçi"nin heyətində 58 oyuna 23 dəfə fərqlənib. Goal.az