Folprext: "Azərbaycan karyerama görə təəssüflənmirəm"

"Neftçi"nin ötən mövsüm "Slovan"dan icarəyə götürdüyü Zdenek Folprext Azərbaycan haqqında danışıb. Çexiyalı yarımmüdafiəçi bunları deyib: "Bakı mənim çox xoşuma gəldi. Həm futbol, həm ətraf mühit, ümumiyyətlə hər şey yaxşı idi. Azərbaycanın paytaxtı gözəl şəhərdir.

"Neftçi"nin ötən mövsüm "Slovan"dan icarəyə götürdüyü Zdenek Folprext Azərbaycan haqqında danışıb. Çexiyalı yarımmüdafiəçi bunları deyib: "Bakı mənim çox xoşuma gəldi. Həm futbol, həm ətraf mühit, ümumiyyətlə hər şey yaxşı idi. Azərbaycanın paytaxtı gözəl şəhərdir. Mən də komandanın oyunlarının təxminən 95 faizində oynadım. Bir sözlə, başım öz işimə qarışmışdı. Bu yarımmövsümlük Azərbaycan karyerama görə təəssüflənmirəm. Lakin mən valideynlərimi, dostlarımı görmək istəyirdim. Ona görə məşqimizlə danışıb geri döndüm. "Slovan"a qayıtmazdan öncə başqa variantları da nəzərdən keçirdim. "Neftçi" də məni almaq istəyirdi. İki dəfə təklif göndərdilər. Amma alınmadı. Çünki yaxşı və ya pisliyindən asılı olmayaraq, bu variant mənim üçün deyildi. Şadam ki, indi evimdəyəm". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31