Qurban Qurbanov: "Biz nəsə sübut etmək yox, xalqımız üçün meydana çıxırıq"
"Mən azərbaycanlıyam, Azərbaycanımı da sevirəm və bunu da bilirəm ki, Qarabağ bizimdir". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Samtredia" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Klubun rəsmi saytında Q.Qurbanovun adında daha sonra bu açıqlama yayılıb: "Qarabağ adının məsuliyyətini anlayıram. Bu ad üçün mübarizə aparmaq hər birimizin mənəvi borcudur. Biz nə isə sübut etmək yox, xalqımız üçün meydana çıxırıq".
18 İyul 2017 18:17 İdman"Mən azərbaycanlıyam, Azərbaycanımı da sevirəm və bunu da bilirəm ki, Qarabağ bizimdir". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Samtredia" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Klubun rəsmi saytında Q.Qurbanovun adında daha sonra bu açıqlama yayılıb: "Qarabağ adının məsuliyyətini anlayıram. Bu ad üçün mübarizə aparmaq hər birimizin mənəvi borcudur. Biz nə isə sübut etmək yox, xalqımız üçün meydana çıxırıq".
Qeyd edək ki, "Samtredia" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 5:0 hesabı ilə qalib gəlib. Qol.az