Putin hökumət üzvlərinə dondurma qonaqlığı verdi

Bu gün Moskva yaxınlığındakı Jukovskoye şəhərində MAKS aviasalonunu ziyarət etmiş Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin üzvlərinə dondurma qonaqlığı verib.

Bu gün Moskva yaxınlığındakı Jukovskoye şəhərində MAKS aviasalonunu ziyarət etmiş Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin üzvlərinə dondurma qonaqlığı verib.

Virtualaz.org xəbər verir ki, dondurma satılan çadıra yaxınlaşan Putin satıcı qızdan hansı dondurmaların satıldığını soruşub. Gənc satıcı qız utanaraq dövlət başçısına satışda olan dondurmaların adlarını sadalayıb. Prezident Voloqda şəhərinin istehsalı olan dondurmanı seçib və satıcıya 1000 rublluq əskinas uzadıb. Satıcı qız pulun qalığını qaytarmaq üçün xırda axtararkən, dövlət başçısı ətrafındakı hökumət üzvlərini qonaq etmək fikrinə düşüb. "Qalığına onlara da dondurma verin", - Putin bildirib.

"Arzu edənlər çoxdur", - "Rostex"in başçısı Sergey Çemezov zarafatından qalmayıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov və Sənaye və ticarət naziri Denis Manturov "Korenovka buzovu" dondurmasını seçiblər, nəqliyyat naziri Maksim Sokolov isə, prezident kimi, 60 rublluq plombir götürüb.

"Sayın, pul çatırmı?" - Putinin satıcı qıza dediyi bu sözlərdən sonra Çemezov cibindən 5000 rublluq əskinas çıxararaq satıcıya uzadıb.

Jurnalistlər Putindən dondurmanın dadlı olub-olmadığını soruşublar. Buna cavab olaraq prezident deyib: "Məsləhət görürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31