Politoloq: “Bolqarıstan dövlət kimi özünü idarə edə bilmir”

Vaxtilə Azərbaycan müsbət mənada dünyanın diqqət mərkəzində idi. İndi dünya ölkələri iki qrupa bölünüb. Bir qrup ölkələr istəyir ki, Azərbaycan əvvəlki layihələri davam etdirsin.

Vaxtilə Azərbaycan müsbət mənada dünyanın diqqət mərkəzində idi. İndi dünya ölkələri iki qrupa bölünüb. Bir qrup ölkələr istəyir ki, Azərbaycan əvvəlki layihələri davam etdirsin.  Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib. O bildirib ki, Azərbaycan nəinki öz iqtisadiyyatını inkişaf etdirir, tərəfdaş ölkələrin də iqtisadiyyatının inkişafına kömək etməyə çalışır. Politoloq əlavə edib ki, təəssüf ki, Azərbaycanın ayağını çəkmək istəyən qüvvələr az deyil. M. Əhmədoğlu həmçinin Azərbaycanın guya İŞİD-ə silah daşıması ilə bağlı Bolqarıstan mediasında yazılanlara münasibət bildirib. Politoloq buna səbəb kimi Bolqarıstandakı ermənipərəstləri göstərib. Politoloq vurğulayıb ki, Bolqarıstan dövlət kimi özünü idarə edə bilmir: "Orada prezident rusiyapərəst, baş nazir qərbpərəstdir". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31