Qaçırılıb, zorlanan qadından tükürpədici açıqlama: "25-30 min verəcəklərini dedi"
İstanbulun mərkəzi Taksimdə F.E. adlı qadını qaçıraraq onu zorladıqdan sonra, şikayətindən imtina etməsi üçün pul təklif edildiyi deyilir. Zərər çəkmiş şəxs F.E. hadisə zamanı bıçaqlanan rəfiqəsi E.Y.-nin təklifi qəbul etdiyini bildirib.
18 İyul 2017 14:51 Dünyaİstanbulun mərkəzi Taksimdə F.E. adlı qadını qaçıraraq onu zorladıqdan sonra, şikayətindən imtina etməsi üçün pul təklif edildiyi deyilir. Zərər çəkmiş şəxs F.E. hadisə zamanı bıçaqlanan rəfiqəsi E.Y.-nin təklifi qəbul etdiyini bildirib. Göstərilən ərazidə məkanlardan birində əyləndikdən sonra səhərə yaxın evlərinə getmək istəyən 2 qadından F.E. yıxılıb. Kömək bəhanəsi ilə qadınlara yaxınlaşan Dursun A. və Engin K. F.E.-ni kürəyinə alıb, bir evə aparıb. İddiaya görə, onlara müqavimət göstərən E.Y.-ni bıçaqlayan təcavüzkarlar F.E.-ni zorlayıblar.
Yanvar ayında baş verən hadisəyə bağlı İstanbul Ağır Cəza Məhkəməsindəki ilk prosesdə zərər çəkmiş F.E. başına gələnləri danışıb. Zorladıqdan sonra şübhəlinin ona: "Dostunu öldürdük. Olanları danışsan səni də öldürərik", - deyə təhdid etdiyini söyləyib. "O gün qorxduğum üçün şikayət etmədim. Hadisədən üç gün sonra polisə şikayət etdim" , - deyən F.E. hadisə ilə əlaqədar şok bir iddia ortaya atıb: "Yanımda olan E.Y. "Şikayətdən imtina edəcəyimiz təqdirdə Dursun və Enginin 25-30 min TL verəcəklərini dedi", - söyləyib. Mən imtina etməyəcəyimi, özü isə qəbul edəcəyini dedi. Onunla artıq əlaqəm yoxdur".
Məhkəmə təxirə salınıb. Milli.az Milliyet-ə istinadən xəbər verir.