Ermənistan hakimiyyəti əlacsız durumda

Rusiyanın son vaxtlarda Dağlıq Qarabağ probleminin həllində Ermənistanın maraqlarına xidmət edən addımlar atması Azərbaycan cəmiyyəti kimi düşmən ölkənin cəmiyyətinə də bəllidir. Artıq erməni rəsmilər də bunu açıq şəkildə ifadə etməyə başlayıblar. Elə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın bu günlərdə yerli televiziyalardan birinə verdiyi müsahibədə də bu məqam özünü büruzə verir. Məlumat üçün qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramının aparıcısına verdiyi müsahibədə Rusiyanın Azərbaycana silah satmasını ən "ağrılı" məsələ saysa da, ancaq Rusiyanın Azərbaycanı silahlandırması nəticəsində hələlik “ciddi heç nə baş vermədiyini” vurğulayıb. Sərkisyan Rusiyanı hələ ittiham etməyin tez olduğuna işarə edib və deyib ki, əgər nə vaxtsa ciddi nəsə baş versə, o zaman Moskvanı ittiham eləmək olar: “Əgər ciddi nəticələr olmayacaqsa biz bunu Rusiya tərəfinin regonda vəziyyəti stabilləşdirməyə yönələn uzunmüddətli siyasi fəaliyyəti hesab edəcəyik”.

Sərkisyanın son müsahibəsi bunu bir daha təsdiqləyir

Rusiyanın son vaxtlarda Dağlıq Qarabağ probleminin həllində Ermənistanın maraqlarına xidmət edən addımlar atması Azərbaycan cəmiyyəti kimi düşmən ölkənin cəmiyyətinə də bəllidir. Artıq erməni rəsmilər də bunu açıq şəkildə ifadə etməyə başlayıblar. Elə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın bu günlərdə yerli televiziyalardan birinə verdiyi müsahibədə də bu məqam özünü büruzə verir. Məlumat üçün qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan "Ermənistan" telekanalının "R-Evolyusiya" proqramının aparıcısına verdiyi müsahibədə Rusiyanın Azərbaycana silah satmasını ən "ağrılı" məsələ saysa da, ancaq Rusiyanın Azərbaycanı silahlandırması nəticəsində hələlik "ciddi heç nə baş vermədiyini" vurğulayıb. Sərkisyan Rusiyanı hələ ittiham etməyin tez olduğuna işarə edib və deyib ki, əgər nə vaxtsa ciddi nəsə baş versə, o zaman Moskvanı ittiham eləmək olar: "Əgər ciddi nəticələr olmayacaqsa biz bunu Rusiya tərəfinin regonda vəziyyəti stabilləşdirməyə yönələn uzunmüddətli siyasi fəaliyyəti hesab edəcəyik".

Müstəqil ekspert Rövşən Məmmədlinin sözlərinə görə, Sərkisyanın müsahibəsindən anlaşılan odur ki, İrəvanı hazırda Rusiyanın nümayiş etdirdiyi mövqe qane edir. Ekspert deyir ki, düzdür, Ermənistan prezidenti Rusiyanı şantaj etsə də, lakin onun fəaliyyətini bəyəndiyini ifadə edir: "Yəni Sərkisyan demək istəyir ki, Rusiya Azərbaycana nə olsun silah verir, bundan pul qazanır. Ancaq Azərbaycana o şansı vermir ki, bu silahlardan Ermənistana qarşı Qarabağda istifadə etsin..Sərkisyan Rusiyanın Dağlıq Qarabağda vəziyyəti stabitləşdirməsini yüksək qiymətləndirib və demək istəyir ki, nə qədər Rusiya bu cür "siyasi fəaliyyət"i davam etdirəcək, məqbuldur. Müsahibədə Ermənistan prezidenti İrəvanda silah satışına görə Rusiya ilə münasibətlərə "yenidən baxılması" tələbi ilə çıxış edənlərə də təpinir.. Bununla həm də Rusiyaya "bax səni istəməyənlər də" var demək istəyir. İşğalçı ölkənin başçısı həmçinin deyib: "Son 20 ildə biz heç vaxt güzəştlər haqda danışmamışıq. Həmişə demişik və deməkdə davam edirik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq. Bunlar müxtəlif anlayışlardır. Mən əminəm ki, məsələ 20 il bundan sonra da həll olunmasa, erməni tərəfində heç vaxt situasiyanı yumşaltmaq üçün güzəşt meylləri yaranmayacaq. Belə ki, bu, həllə aparıb çıxara bilməyəcək" Fikir verin Azərbaycan tərəfi deyir "Azərbaycanın ərazi bütövlüyü" heç vaxt danışıqlar mövzusu olmayıb, Ermənistan tərəfi isə deyir ki, son 20 ildə heç vaxt güzəştlər haqda danışmamışıq. Onda sual olunur bəs bu 20 ildə nə haqda söhbət gedib?. Yaxud Azərbaycan tərəfi deyir: "Bir daha "danışıqlar xətrinə görüşə getməyəcəyik". Ermənistan tərəfi isə deyir ki, biz indiyə qədər danışıqlar naminə danışıqlar aparmışıq. Bəs elə isə Azərbaycan nə üçün yenidən danışıqlara həvəslə qoşuldu və guya əsası olan danışıqlar aparılacağını deyir. Bir sözlə Sərkisyanın bu açıqlamaları çoxlu müqayisələr aparmağa və məntiqi nəticələrə gəlməyə əsas verir ki, Azərbaycanın torpaqları azad etməsi ilə bağlı apardığı uzun illərin get-gəlləri boş şeymiş və heç bir yaxşı sonluğu da yoxdur. Nijdeh təfəkkürlü faşist Sərkisyan birmənalı deyir ki, 20 il bundan sonra da Ermənistan Qarabağın qaytarılması ilə bağlı heç bir razılığa gəlməyəcək. Beləliklə, Sərkisyanın bu açıqlamaları bir daha göstərir ki, Ermənistanla Azərbaycan arasında aparılan sülh" danışıqları heç əzəldən sülh məqsədi daşımayıb, xəyalların toqquşması olub. İndi isə tamamilə fiaskoya uğrayıb. Yəni xarici işlər naziri Elmar Məmmədyarovun Qərb ölkələrinin paytaxtlarına gedib Nalbandyanı oralardan axtarıb danışıqlar stoluna oturtması Azərbaycan xalqını və özünü aldatmaqdır. Ermənilər də, onların prezidentləri də İrəvanın istəyini gizlətmədən ortaya qoyurlar. Belə olan tərzdə vaxt aparan və Qarabağı unutdurmağa hesablanmış danışıqları davam etdirməyə ehtiyac varmı?. Əlbəttə yoxdur. Sərkisyan sonra nə deyir; "Dağlıq Qarabağda döyüş əməliyyatları olduqca arzuolunmazdır və ilk növbədə Ermənistan üçün arzuolunmazdır. Danışıqlar prosesinin alternativi yoxdur. Alternativi döyüş əməliyyatlarıdır ki, bu da arzu edilən deyil" Sərkisyan bir tərəfdən açıq vurğulayır ki, danışıqlar prosesinin alternativi yoxdur, digər tərəfdən də müharibənin Ermənistan üçün ağır olacağını deyir. İndi deyin bu adamın normal başı, normal düşüncəsi varmı?. Əlbəttə yoxdur. Həm deyir 20 il də danışıq aparsaq torpaq verməyəcəyik, həm də deyir danışıqlar alternativsizdir. Müharibədən isə it qulağını kəsəndən qorxduğu kimi qorxduğunu etiraf edir". Rövşən Məmmədlinin qənaətincə, Sərkisyan bu açıqlamalarını erməniləri sakitləşdirməyə, öz hakimiyyətinin ömrünü uzatmağa hesablayıb: "Elə o faşist Sərkisyanın qorxduğu müharibəni niyə başlamırıq?. bax əsas məsələ bundadır. Niyə başlamırıq, niyə düşmənə zəif yerindən, qorxduğu yerindən zərbə vurmuruq?

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31