Narkotiklə bağlı 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Bu ilin ilk yarısında narkotiklərlə bağlı 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 3-ü 18 yaşadək, 112-si 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-si qulluqçu və ya maddi məsul şəxs, 1167-si işsiz, 513-ü təkrar cinayət törətmiş şəxs, 1289-u kişi, 20-si qadın, 17 nəfəri isə xarici ölkə vətəndaşıdır.
18 İyul 2017 12:27 SosialBu ilin ilk yarısında narkotiklərlə bağlı 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 3-ü 18 yaşadək, 112-si 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-si qulluqçu və ya maddi məsul şəxs, 1167-si işsiz, 513-ü təkrar cinayət törətmiş şəxs, 1289-u kişi, 20-si qadın, 17 nəfəri isə xarici ölkə vətəndaşıdır.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub. Onlardan 24056 nəfəri dispanser, 5392 nəfəri profilaktik qeydiyyatdadır. Həmin şəxslərdən 18 yaşa qədər 5 nəfər, 612 nəfər qadın, 183 nəfəri toksikoman, 20576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçisidir. 2016-cı ildə 2142 nəfər yeni qeydiyyata götürülüb, 1249 nəfər isə qeydiyyatdan çıxarılıb. Nazirliyin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2017-ci ilin 6 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 224 nəfər təşkil edib ki, onlardan 219-u (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbidir.