Mübadilə Proqramına start verilir
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Mübadilə Proqramına start verilir. “OLAYLAR”-a daxil olan məlumata görə, “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində mübadilənin keçirilmə məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.
18 İyul 2017 11:36 SosialGənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "Azərbaycan Könüllülük Xidməti" çərçivəsində Mübadilə Proqramına start verilir. "OLAYLAR"-a daxil olan məlumata görə, "Azərbaycan Könüllülük Xidməti" çərçivəsində mübadilənin keçirilmə məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.
Mübadilə Proqramı Quba, Gəncə, Lənkaran, Mingəçevir və Balakən olmaqla 5 müxtəlif regionda 5 fəal gəncin iştirakı ilə 1 ay müddətində həyata keçiriləcəkdir. Gənclər 1 ay müddətində digər regiona səyahət edib orada yerləşən Gənclər Evində fəaliyyət göstərəcəklər. Könüllülük sahəsində təcrübə qazanmaq, bacarıqlarını inkişaf etdirmək, səmərəli vaxt keçirtmək və müxtəlif mühitdə çalışmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, Mübadilə Proqramına qeydiyyat başa çatıb və seçim mərhələsinə start verilib. Seçim mərhələsində uğurla keçən 5 gənc proqramda iştirak hüququ qazanacaqlar.