Avropada xəstə at əti əməliyyatı
İspaniyada aylarca davam edən əməliyyat axtarış tədbirləri nəticəsində 65 nəfər həbs olunub. Məlumata əsasən kütləvi həbsin səbəbi bir qrup şəbəkənin bir çox Avropa ölkələrindəki üzvləri ilə birgə çoxlu miqdarda xəstə at əti satmasıdır. Cinayətkar dəstənin rəhbərlərindən olan bir hollandiyalı iş adamının da həbs edildiyi bildirilir.
17 İyul 2017 18:45 Dünyaİspaniyada aylarca davam edən əməliyyat axtarış tədbirləri nəticəsində 65 nəfər həbs olunub. Məlumata əsasən kütləvi həbsin səbəbi bir qrup şəbəkənin bir çox Avropa ölkələrindəki üzvləri ilə birgə çoxlu miqdarda xəstə at əti satmasıdır. Cinayətkar dəstənin rəhbərlərindən olan bir hollandiyalı iş adamının da həbs edildiyi bildirilir.
Ümumi olaraq son zamanlarda qida bazarında tam 23 milyon avro dəyərində at əti satıldığı qeydə alınıb. Əməliyyatların İngiltərə, Belçika, İtaliya, Fransa, İsveçrə və İspaniyada davam etdirildiyi bildirilir. Çoxlu miqdarda at ətinin müsadirə edildiyi və yeni həbslərin gözlənildiyi də ehtimal edilir.