Məsciddə partlayış
Nigeriyanın şimal-şərqində partlayış baş verib. Partlayış nəticəsində azı 8 nəfərin həlak olduğu bildirilir. Fövqəladə Hallar üzrə agentliyin rəhbəri Əhməd Satomi daha 15 nəfərin yaralandığını deyib.
17 İyul 2017 15:06 DünyaNigeriyanın şimal-şərqində partlayış baş verib. Partlayış nəticəsində azı 8 nəfərin həlak olduğu bildirilir. Fövqəladə Hallar üzrə agentliyin rəhbəri Əhməd Satomi daha 15 nəfərin yaralandığını deyib. Partlayışla bağlı məsuliyyəti heç bir terror qruplaşması öz üzərinə götürməyib. Polis araşdırmalara başlayıb.
Qeyd edək ki, Nigeriyada "Boko Haram" radikal islam qruplaşması fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31