İçərisində xəstə olan təcili tibbi yardım maşını yanıb

Bakıda təcili tibbi yardım maşını yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a  verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Bakıda təcili tibbi yardım maşını yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a  verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Məlumata görə, 12 saylı yarımstansiyaya məxsus təcili tibbi yardım maşınında yanğın başlayan zaman maşının içərisində xəstə və həkimlər olublar. Lakin nlar vaxtında maşını tərk edə biliblər və heç bir xəsarət almayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31